Yuxarı

İcmadan Paşinyana reaksiya: Həmin Ermənistandır ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcmadan Paşinyana reaksiya: Həmin Ermənistandır ki...

Qərbi Azərbaycan İcması Nikol Paşinyana cavab verib.

Axar.az xəbər verir ki, bu barədə icmanın bəyanatında bildirilib.

“Ermənistanın Baş naziri Nikol Paşinyan son müsahibəsində növbəti dəfə yalan danışmış və Azərbaycana böhtan atmışdır. Bu həmin Ermənistandır ki, 30 il ərzində beynəlxalq hüququ, BMT Nizamnaməsini, elə Nikol Paşinyanın xüsusi olaraq istinad etdiyi 1991-ci il Almatı bəyannaməsini pozaraq Azərbaycan ərazilərini işğal etmişdir. Bu həmin Ermənistandır ki, 2022-ci ilin sentyabr ayına qədər siyasi leksikonunda “ölkələrin ərazi bütövlüyü və suverenliyi” ifadəsi yer almamışdır.

2019-cu ildə vaxtilə işğal edilmiş ərazilərdə “Qarabağ Ermənistandır və nöqtə” deyən, Vətən müharibəsi zamanı Azərbaycan ərazilərində hərbi toplantılar keçirib hücum əmri verən, biz Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar edən bir şəxsin Azərbaycanın qələbəsindən sonra acınacaqlı vəziyyətə düşərək indi özünü beynəlxalq hüquqa sadiq tərəf kimi göstərməsi “timsah göz yaşları”ndan başqa bir şey deyil.

Bir yandan “Qarabağı Azərbaycan ərazisi kimi tanıyırıq” deyib, o biri tərəfdən 2021-2026-ci il üzrə Ermənistan hökumətinin fəaliyyət planında “Dağlıq Qarabağın statusu”, “xilas naminə ayrılma” kimi Azərbaycanın suverenliyini təhdid edən qondarma ifadələrə yer verməklə, beynəlxalq məhkəmələrə iddialarda Qarabağı Azərbaycandan kənar bir ərazi kimi təqdim etməklə sülh müqaviləsi olmur”, - bəyanatda vurğulanıb.

Tarix
2024.02.12 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla