Yuxarı

İlham Əliyevə güvənirmi? – Paşinyanın cavabı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevə güvənirmi? – Paşinyanın cavabı

Hesab edirəm ki, münasibətlərimizin tarixi artıq dərin inamsızlıq üçün əsasdır. Və Azərbaycanın liderindən və məndən soruşmağın mənası yoxdur ki, biz bir-birimizə güvənirik, ya yox? Aydındır ki, yox.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24” telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevə güvənib-güvənmədiyi sualına cavab verərkən deyib.

“Ancaq problem bu deyil, problem budur: kiçik addımlarla inam yaradacağıqmı? Məhz etimadın yaradılması prosesində biz çətinliklərlə qarşılaşırıq”, - Paşinyan bildirib.

“Əliyev sülhə hazır olduğu deyib, əslində isə müharibəyə hazırlaşırmı” sualına Paşinyan müsbət cavab verib:

"Azərbaycan lideri diplomatik təmaslar zamanı bəyan edir ki, onların hücum etmək niyyəti yoxdur. Problem ondadır ki, bir daha təkrar edirəm: bir çox analitikə belə qənaətə gəlmək üçün əsas verən ictimai müzakirələr, sonrakı praktiki işlər və “yerdə” gedən proseslərdir. Bəzən bunun niyə belə olmadığına etiraz etmək və əks arqumentlər gətirmək çox çətin olur”.

Tarix
2024.02.23 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla