Yuxarı

Yeni qarşıdurma: Suriya məsələsi yalan olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni qarşıdurma: Suriya məsələsi yalan olacaq

Rusiya-Türkiyə müharibəsinin olacağına ehtimal etmirəm, ancaq iki ölkə arasında üstüörtülü şəkildə gedən qarşıdurmanın sərhədləri genişlənəcək.

Bu barədə Axar.az açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O, hazırkı məqamda Türkiyə prezidentinin Azərbaycana səfərini xüsusilə qeyd edib:

"Davudoğlunun ukraynalı həmkarı Arseni Yaçenyukla keçirdiyi mətbuat konfransında Rusiyanı ittiham etməsi və post-sovet məkanında bu gün üçün aktuallıq kəsb edən münaqişələrdə şimal ölkəsini səbəbkar olaraq göstərməsi artıq proseslərin Yaxın Şərq və ya Suriya ilə məhdudlaşmayacağı qənaətini yaradır".

V.Zifəroğlu Yaxın Şərqin həmişəkindən daha artıq qaynadığını bildirib:

"Davudoğlu, əslində, Qarabağın işğalında Rusiyanın müstəsna xidmətlərini və bu gün də ermənilərə göstərdikləri dəstəklə bağlı həqiqətləri bütün dünyaya çatdırdı. İndi Rusiya ilə münasibətlərin Suriyada daha da kəskinləşməsi, eləcə də iki gün sonra Ərdoğanın Azərbaycana gözlənilən səfəri çox ciddi məqamlardır. Bu, həm də o deməkdir ki, gec-tez, biz də tərəf seçmək məcburiyyətində qala bilərik".

Tarix
2016.02.17 / 09:35
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Leyendən Əliyevə: Siz öz liderliyinizi nümayiş etdirdiniz!

Bu, hər bir ölkə üçün milli maraq məsələsidir - Prezident

Azərbaycanda vəzifəli şəxs istefa verdi

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

Ticarətin 70 faizdən çoxu Azərbaycanın payına düşür

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Bakı və Sofiya arasında mühüm görüş

İlham Əliyev Leyenlə təkbətək görüşdü

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

Buna görə Bakıdayam - Leyen

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla