Yuxarı

İcra orqanlarında nöqsanlar aşkarlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra orqanlarında nöqsanlar aşkarlandı

Bir sıra dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması faktları müəyyən olunub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) illik hesabatında bildirilib.

Hesabat dövrü ərzində bəzi mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və yerli bölmələrində, yerli icra hakimiyyəti orqanlarında və məhkəmələrdə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr olduğu halda, qanunvericiliyə uyğun olaraq müvafiq vəzifələrin tutulması ilə bağlı müsabiqənin və ümumi müsahibənin keçirilməsi barədə qərar qəbul edilmədiyi müəyyən edilib:

"26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr 2014-cü il tarixlərdə elan edilmiş və 2015-ci ildə yekunlaşmış müsabiqələrdən müvəffəqiyyətlə keçmiş namizədlərlə bağlı qərarın qəbul edilməsi bir sıra mərkəzi icra hakimiyyəti orqanları, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlik və dövlət xidmətləri, məhkəmələr tərəfindən gecikdirilib. Bununla da "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinin birinci hissəsinin tələbləri pozulub. Dövlət orqanları tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülüb, mərkəzi icra hakimiyyəti, apellyasiya və birinci instansiya məhkəmə orqanlarına məktub göndərilərək dövlət qulluğuna dair qanunvericiliyin düzgün tətbiqinin təmin edilməsi, bu sahədə yol verilən pozuntu və nöqsanların aradan qaldırılması xahiş edilib".

Qanunvericiliyin tətbiqi vəziyyəti öyrənilərkən bir yerli icra hakimiyyəti orqanı tərəfindən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinin və 29.2-ci maddəsinin dördüncü hissəsinin tələblərinin pozulması faktı müəyyən edilib və pozuntunun aradan qaldırılması məqsədilə məktub göndərilib.

Tarix
2016.02.22 / 11:58
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Bakıya gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

Bu Avropa ölkəsi Azərbaycanda səfirlik açacaq

İsrailin Xəzər dənizində yaratdığı təhlükə... - Rusiya

Bayramov Hindistanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla