Yuxarı

“Krokus” teraktı kimə sərf edir? Putinə, ya Kiyevə?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvadakı hadisədə ölənlərin sayı 93 nəfərə çatdı – dəhşətli faciədir, terror alçaq əməldir, günahsız insanların qətli vəhşilikdir, Rusiya xalqına səbir diləyirəm. İndi hamı klassik sual olan “kim edib” ətrafında öz fikirlərini bölüşür, əslində maraqlı suallar “kimə sərf edir” və ya “məqsəd nə idi” olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

“Təəssüf ki, indiki dünyada bu tipli alçaq aksiyaları həyata keçirən çoxsaylı peşəkar qrup, dəstə var, bəzən hətta özləri də bilmirlər ki, əslində kimə çalışırlar, sadəcə, muzdlu icraçıdırlar”, - o bildirib.

Ekspert vurğulayıb ki, bu terakt Rusiya lideri Putinə qətiyyən sərf etmir:

“Əksinə, ən çox ziyan ona dəyir, hələ heç andiçmə mərasimini də keçirməyib, seçkidən həmən sonra bu hadisə ziyandır.

Kremlin müxtəlif “qüllələri” edə bilərmi? Ola bilər, andiçmədən sonra Putinin hökumətin tərkibini dəyişəcəyi, hətta “güc nazirlikləri” ilə bağlı qərarlar verəcəyi söylənilirdi.

Qərbə sərf edirmi? Ola bilər, amma bu addımla nəyə nail olacaqlar ki?! Putin zəifləyəcəkmi, Rusiya cəmiyyəti ayağamı qalxacaq? Düşünmürəm, əksinə, Kreml bu hadisədən daxili təmərküzləşmə üçün istifadə edəcək.

Ukraynaya sərf edirmi? Məntiqlə, hə, amma əks effekt verə, Kreml daha dağıdıcı zərbələr vura bilər. Məncə, Ukrayna indi ən azı XİN səviyyəsində Rusiya xalqına (hökumətinə yox ha, məhz xalqına) başsağlığı versə, udar. Ümumiyyətlə, Ukrayna təbliğatının ən zəif və özlərinə böyük ziyan vuran tərəfi o oldu ki, tək Kremli, Rusiya hakimiyyətini deyil də, cadə camaatı, xalqı hədəf alıb aşağıladılar, Rusiyada 30 milyon vətəndaşın Ukrayna ilə qohumluq əlaqələrinin olduğunu, 10 milyon nəfərə yaxın etnik ukraynalının yaşadığını nəzərə alıb, ictimai rəyə müsbət təsir etməyə çalışmadılar, bütün xalqı suçladılar, bu, Ukrayna hakimiyyətinin son illərdə çoxsaylı səhvlərindən biri oldu.

Bir daha: dünyanın harasında olursa-olsun, kimlərə qarşı, kimlərin etdiyindən asılı olmayaraq, dinc əhaliyə qarşı terror mənfur və alçaq hadisədir, sərt qınanılmalıdır!”

Tarix
2024.03.23 / 13:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla