Yuxarı

Ermənistanda iqtisadi sıçrayış rekord qırır – Şok rəqəmlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda 2024-cü ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadi aktivlik göstəricisi 13,6% olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, yalnız fevralda bu göstərici 16,3% artıb.

“Sənaye 28,9% (fevralda - 36,4%), ticarət dövriyyəsi 24,1% artıb (fevralda – 28,3%) artıb. Bu ilin ilk iki ayında tikintidə artım 10,8% (fevralda 11,7%) təşkil edib.

Sənayenin və iqtisadiyyatın digər sahələrinin təsirli artımına baxmayaraq, cari ilin ilk iki ayında respublikada elektrik enerjisi istehsalı 4,9 faiz azalıb”, - məlumatda bildirilib.

2024-cü ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 2 dəfə artaraq, 5,3 milyard dollar təşkil edib.

Bundan başqa, cari ilin ilk iki ayında ixrac 2,6 dəfə artaraq 2,5 milyard dollardan çox, idxal isə 73,2 faiz artaraq 2,7 milyard dollara çatıb. Belə ki, bu ilin yanvar-fevral aylarında idxal və ixracın həcmləri demək olar ki, bərabərləşib.

Qeyd edək ki, dünyada iqtisadi aktivliyin kəskin artması fonunda elektrik enerjisi istehsalının azalmasının müşahidə olunduğu heç bir iqtisadiyyat müşahidə etmək mümkün deyil. Bu isə o deməkdir ki, Ermənistanda iki ildir “iqtisadi sıçrayış”ların davam etməsi və hər ay kəskin artması yalnız və yalnız Rusiyaya tətbiq edilən sanksiyaların dəlinməsi ilə bağlıdır.

Təsadüfi deyil ki, bu ilik ilk iki ayında ixrac 2,6 dəfə, idxal isə 73,2 faiz artıb. Ermənistan xüsusilə Avropa, Çin və BƏƏ-dən məhsullar idxal edərək, onları Rusiyaya ixrac etməklə külli miqdarda vəsait əldə edir.

Ermənistanın Rusiyaya sanksiyaları getdikcə daha artıq dərəcədə dəlməsinə rəğmən, AB susmaqda davam edir.

Tarix
2024.03.25 / 15:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla