Yuxarı

FHN anma mərasimi keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 25-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov Xocalı soyqırımı haqqında danışıb, bu qətliamın XX əsrin ən böyük faciələrindən biri olduğunu qeyd edib. Törədilmiş soyqırımı aktının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayan Akademiyanın rəisi bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırıb. P.Süleymanov Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini qeyd edib və Xocalıda həyata keçirilmiş soyqırımı cinayəti ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən söz açıb.

Akademiyanın rəis müavini, polkovnik Afət Qurbanov və baş zabit kapitan Kəmalə Rzazadə Xocalı soyqırımının bəşər tarixində törədilmiş ən qanlı faciələrdən olduğunu nəzərə çatdırıb və cinayətin səbəbkarlarının layiqli cəzalarını alacaqlarına əmin olduqlarını bildiriblər.

Toplantıda Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Sonra iştirakçılar Akademiyada Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə açılmış Xocalı soyqırımına dair rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tarix
2016.02.25 / 21:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla