Yuxarı

Qərbin regiona müdaxiləsi... - Abbas Musəvi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hər zaman regional məsələlərin regiondaxili ölkələrin potensialından istifadə edərək həllinə təkid edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan mediasına İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bildirib.

"Qərb ölkələrinin regiona müdaxilə təcrübəsi uğurlu hesab olunmur və regionda olan məsələlərin həllinə kömək etməyəcək, əksinə, məsələlərin mürəkkəbləşməsinə gətirib çıxaracaq. Çünki bu ölkələr öz maraqlarını təmin etməyə çalışır, region ölkələrin maraqlarını deyil.

İnanırıq ki, Cənubi Qafqaz ölkələri öz məsələlərini özləri həll etmək gücündədirlər. İran İslam Respublikası bu istiqamətdə iki və çoxtərəfli təmasları davam etdirir", - səfir deyib.

Qeyd edək ki, aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında üçtərəfli görüş baş tutacaq. Ermənistanla təhlükəsizlik zəmanəti haqqında saziş imzalanacağı gözlənilir.

Tarix
2024.03.30 / 09:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla