Yuxarı

Nadir Hüseynov Qonadze ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər nazirinin müavini Nadir Hüseynov Gürcüstanın Xarici İşlər nazirinin müavini Zviad Qonadzeni qəbul edib.

XİN-dən Axar.az-a verilən məlumatda bildirilir ki, Gürcüstanın Xarici İşlər nazirinin müavini kimi ilk səfərini Azərbaycana edən Z.Qonadze ilə görüş zamanı Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin daimi inkişafı üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə eyni zamanda, Azərbaycanla Gürcüstan arasında mütəmadi keçirilən konsulluq məsləhətləşmələrinin iki ölkə vətəndaşlarının qarşılaşdıqları problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi baxımıdan əhəmiyyəti qeyd olunub.

Z.Qonadze Azərbaycan rəhbərliyinin siyasi, iqtisadi və digər sahələr, həmçinin, Gürcüstanın Azərbaycanda fəaliyyət göstərən səfirliyi üçün yeni inzibati binanın tikilməsi məqsədi ilə torpaq sahəsinin ayrılmasında göstərdiyi dəstəyinə görə Azərbaycan rəhbərliyinə ölkəsi adından təşəkkürünü bildirib.

Ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, müvafiq təcrübə mübadiləsinin aparılması, həmçinin, Xarici İşlər Nazirliklərinin səlahiyyətlərinə aid əhəmiyyət kəsb edən məsələlərin həlli istiqamətində gələcəkdə də nazir müavinləri səviyyəsində bu cür görüşlərin keçirilməsi Z.Qonadze tərəfindən təklif olunub.

Görüşün sonunda qonaq səmimi qəbula görə öz təşəkkürünü bildirib.

Tarix
2016.03.03 / 15:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla