Yuxarı

Azərbaycanda kazinolar şəhəri salınsın - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda kazinoları ayrıca bir şəhər şəklində yaratmaq və yaxud bölgədə düşünülmüş şəkildə inkişaf etdirmək mümkündür.

Bu sözləri Axar.az-a Azərbaycanda kazinoların bərpa olunması ilə bağlı millət vəkili Qüdrət Həsənquliyevin bu gün Milli Məclisdə səsləndirdiyi təklifə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert kazinoların sərhədyanı bölgələrdə yaradılmasının daha yararlı olacağını bildirib:

"Bunun ən bariz örnəyi Las-Veqasdır (ABŞ-ın Nevada ştatının şəhəri – red). ABŞ səhralıq yerdə cənnət saldı. Əlbəttə, bizim belə bir imkanımız olmayacaq, lakin biz bölgələrdən birində bu tip əyləncə şəhərinin yaradılmasına nail ola bilərik. Hər hansı bir bölgədə bunu edərək, oranın inkişafına təkan vermək olar. Bu məsələdə xüsusilə sərhədyanı bölgə seçilməlidir. Niyə də olmasın? Lakin bunu sırf turistlər gələcək deyə etmək doğru yanaşma deyil. Kazinolar ya hər kəs üçün açıq olmalı, ya da ümumiyyətlə olmamalıdır".

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanda kazinoların bərpa olunmasını təklif edib. O, kazinoların Azərbaycan vətəndaşları üçün qadağan, əcnəbilər üçünsə açıq olmasını istəyib.

Tarix
2016.03.05 / 09:18
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla