Yuxarı

HDQ-nin N hərbi hissəsinin yaradılmasının 32-ci ili - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
HDQ-nin N hərbi hissəsinin yaradılmasının 32-ci ili - Video

Bu gün Hərbi Dəniz Qüvvələrinin N hərbi hissəsinin yaradılmasından 32 il ötür.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi hissə 1992-ci il mayın 22-də yaradılıb. Hərbi hissənin formalaşmasında Hərbi Dəniz Qüvvələrinin gəmi və sahil bölmələrinin şəxsi heyəti iştirak ediblər.

Birinci Qarabağ müharibəsi dövründə hərbi hissənin şəxsi heyəti Laçın, Kəlbəcər, Ağdərə və Ağdam rayonlarının müdafiəsi uğrunda döyüşlərdə iştirak edib, qarşı tərəfin çoxlu sayda canlı qüvvəsini məhv edib, silah və texnikasını sıradan çıxarıb, uğurlu əməliyyatlar nəticəsində bir sıra strateji əhəmiyyətli mövqeləri düşməndən azad ediblər. Ümumilikdə şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.

Ötən müddətdə hərbi hissənin hərbi qulluqçuları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və yüksək nailiyyətlər qazanıblar.

Bundan başqa, 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə hərbi hissənin şəxsi heyəti düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikasını məhv edib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də HDQ-nin N hərbi hissəsi böyük şücaət göstərib. Torpaqlarımızın düşmən tapdağından azad edilməsində qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə icra edib.

Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatı zamanı hərbi hissənin şəxsi heyəti mühüm strateji əhəmiyyətli obyeklərin mühafizə və müdafiəsini təşkil edib.

Bu gün hərbi hissə müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.

Tarix
2024.05.22 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski İlham Əliyevi təbrik etdi

Liderlər İlham Əliyevi təbrik edir

İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Heç bir qurum Azərbaycanla təhdid dilində danışa bilməz

Prezident konqres iştirakçılarına müraciət ünvanladı

Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir

Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?

Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı

ABŞ və Ermənistan TRIPP çərçivəsində ilk görüş keçirdi

Bakı-İrəvan gərginliyi başa çatır - Kavelaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla