Yuxarı

Türkiyədə daha bir Qarabağ parkı açılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayevanın Kırşəhərdə Qarabağ parkı və Xocalı soyqırım abidəsi təklifi bələdiyyə başqanı tərəfindən dəstəklənib.

Axar.az xəbər verir ki, Kırşəhərdə konfrans verməyə gedən millət vəkili bələdiyyə başqanı Yaşar Bahçeci ilə görüşüb.

Görüş zamanı Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb.

Yaşar Bahçeci Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə bağlı addımlar atılacağını bildirib.

Bələdiyyə başçısına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabı barədə danışan millət vəkili kitabın növbəti hissələrində qədim Kırşəhərin də yer alacağını bildirib.

Görüşdə iştirak edən araşdırmaçı yazar İmdat Avşar da bir sıra təkliflərlə çıxış edib, qarşlıqlı olaraq geniş fikir mübadiləsi aparılıb.

Tarix
2016.03.12 / 11:20
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla