Yuxarı

Nazir "Bakinternet"in rəhbərini işdən çıxardı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir rəhbər şəxsin işdən azad olunmasına qərar verilib.

Trend-in məlumatına görə, Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) tabeliyində fəaliyyət göstərən internet provayder "Bakinternet" şirkətinin rəhbəri Seymur Yusifov işdən azad olunub.

S.Yusifovun işdən çıxarılmasının səbəbi provayderin müştərilərindən daxil olan şikayətlər olub. Bir neçə gün öncə yaradılmış işçi qrupu şikayətləri və vətəndaşlara göstərilən internet xidmətinin keyfiyyətini araşdırıb. Nəticə yeni rəhbərliyi heç qane etməyib və S.Yusifov öz postu ilə vidalaşmalı olub.

Qeyd edək ki, bir neçə gün öncə BTRİB-in tərkibində yaradılan işçi qrupu Bakı şəhəri üzrə xidmət göstərdiyi bütün ərazilərdə yeni genişzolaqlı internet şəbəkəsinin qurulması ilə bağlı fəaliyyətə başlayıb. Bu şəbəkənin qurulması nəticəsində hər bir istifadəçi sürəti 100Mb/s olan internet xidməti ilə təmin olunacaq və yeni infrastruktur həm də IP-TV xidmətinin Bakı ərazisində daha da inkişaf etməsinə imkan verəcək.

Tarix
2016.03.12 / 14:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla