Yuxarı

Rusiya diqqətini daxilə yönəltməyə məcbur edilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanda həyəcan təbili ötən ilin oktyabrında çalınmışdı. İsrailin Qəzzada hərbi əməliyyata başlamasına etiraz edən yüzlərlə dağıstanlı gənc oktyabrın 29-da Mahaçqala hava limanına hücum etdi, təyyarələrin uçuş zonasını ələ keçirdilər, binada qapı və şüşələri qırdılar. Polis ortada yox idi. Radikal gənclər Mahaçqala hava limanına enən İsrail vətəndaşlarını axtarır, qarşılarına çıxanların pasportlarını yoxlayırdılar.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Dağıstanda baş verən terror hadisəsi ilə bağlı bildirib.

Həmin gün müxtəlif şəhərlərdən uçan təyyarələrin Mahaçqala hava limanına enə bilmədiyini xatırladan politoloq xatırladıb ki, hadisə zamanı İsrail vətəndaşları hava limanını tərk etməyə müvəffəq oldular:

“Əgər onlar radikalların əlinə keçsəydi, nəticə ağır olacaqdı. O zaman Dağıstan İstintaq Komitəsi hava limanına hücum edənlərə qarşı cinayət işlərinin açıldığını bəyan etsə də, sonrakı aylarda bu məsələnin üzərinə çox gedilmədi. Bildirildi ki, gənclər səhvlərini etiraf ediblər. İndi kim zəmanət verə bilər ki, dünən Mahaçqala və Dərbənddə kilsə və sinaqoqa hücum edərək polisləri və mülki insanları öldürən cinayətkarlar arasında ötən il hava limanına hücum edənlər olmayıb?”

Onun sözlərinə görə, Şimali Qafqaz Rusiyanın zəif bəndi olaraq qalır:

“Dini cərəyanlar Şimali Qafqaz bölgəsində, əsasən də Dağıstanda dərin kök salıb. Dağıstanda işsiz gənclərin sayı çox olduğundan onlar radikalizmi təbliğ edənlərin təsiri altına düşürlər. Moskva bu problemi illərdir həll edə bilmir. Rusiya prezidenti Dağıstan rəhbərliyinə bu illərdə inandığı siyasətçiləri təyin etsə də, onların heç biri bu bölgədə dərin kök salmış problemləri həll edə bilməyib. Kreml çıxış yolunu bu bölgəyə dotasiyanı artırmaqda görür. Ancaq son toqquşmalar göstərdi ki, bölgəyə maliyyənin həcmini artırmaqla məsələlər həll olunmur. Dağıstandakı olaylar Şimali Qafqazın digər bölgələrinə də sıçraya bilər. Ukraynada işğalçı müharibəni davam etdirən, itkilər verən Rusiya diqqətinin bir hissəsini Şimali Qafqaza yönətlmək məcburiyyətində qalacaq”.

Tarix
2024.06.24 / 12:12
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Rəsmi Bakı Stanonun iddiasına cavab

Üç ölkənin Gürcüstanda hərbi təlimi başa çatdı - Foto

Ermənistandakı missiyanın işi ilə bağlı bəyanata reaksiya

Ölkədə maliyyə piramidası şəbəkəsi ifşa edildi - Video

Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – General

Əliyev Szinpinə məktub göndərdi

İranla Ermənistanın Araz çayı ilə bağlı planı - Müzakirə...

Xəzərdə nə baş verir? 200 ildir araşdırma aparılır, lakin…

Ölkənin xarici borcunun azalması... - Deputat

MM-in payız sessiyası başlayır: mandatlar veriləcək

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla