Yuxarı

İrəvanla Bakı arasında sülh imkanı… - Obrayen

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla müxtəlif sahələrdə effektiv əməkdaşlığımız var.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Diplomatın sözlərinə görə, o, bu gün Bakıda keçirdiyi görüşlərdə regional vəziyyəti, əməkdaşlığı müzakirə edib, son illər ərzindəki vəziyyəti nəzərdən keçirib.

Blinkenin köməkçisi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən də danışıb. Amerikalı diplomat qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh imkanını görür.

O əlavə edib ki, münaqişənin həlli bütövlükdə region üçün səmərəli olacaq, həm siyasi, həm də iqtisadi baxımdan.

C.Obrayen görüşlər zaman Azərbaycanın COP29-a sədrliyini də müzakirə etdiyini vurğulayıb:

“Biz Azərbaycana bu prosesdə texniki dəstək verəcəyik. Biz iqlim dəyişikliyini ciddi qlobal çətinlik hesab edirik”.

Tarix
2024.06.28 / 16:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Füzuliyə müntəzəm aviareyslər açılır - Qiymət elan edildi

Şəhərlərarası müntəzəm marşrutlarda yeni qiymət

Ərdoğan Azərbaycana gəlir

Ermənilər qorxuya düşdü: Pezeşkian Bakı və Ankara ilə…

Pezeşkian Cəlili ilə debata çıxır

Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi

Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla