Yuxarı

İranda seçki teraktına cəhd edən terrorçular saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ seçki məntəqələri açılmamışdan əvvəl (İranda prezident seçkilərinin birinci turu 28 iyunda keçirilib – red.) İran ordusunun əsgərləri prezident seçkiləri zamanı terror aktları hazırlayan terrorçuları saxlayıblar.

Axar.az xəbər verir ki, bu sözləri İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi deyib.

"Seçkilərdən əvvəl terror aktları hazırlayan terrorçular ölkəyə daxil olub. Onlar hərbi qulluqçular tərəfindən saxlanılıb və terror hərəkatı tam məğlubiyyətə uğrayıb", - o bildirib.

Nazir müavininin sözlərinə görə, cinayətkarlar dövlətdə qeyri-sabitlik mühiti yaratmaq və insanları seçki məntəqələrinə getməkdən çəkindirmək üçün terror əməliyyatları təşkil etməyi planlaşdırıblar.

Qeyd edək ki, İranda 28 iyunda prezident seçkiləri keçirilib. Seçkidə qalib müəyyənləşmədiyindən 5 iyunda ikinci tur keçiriləcək. İkinci turda birinci turun lideri, azərbaycanlı namizəd Məsud Pezeşkian və Sid Cəlili mübarizə aparacaq.

Tarix
2024.07.01 / 00:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirliyi Azərbaycana təşəkkür etdi

Putin İlham Əliyevlə danışıqlar aparacaq

3 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Zakir Həsənov Belarusa getdi

Bilal Haye Bayramovla vidalaşdı - Foto

Damlaya görə bu şadlıq sarayı bağlandı - Video

Uşağa təcavüz Türkiyəni qarışdırdı - Əslində nə baş verir?

Gedişhaqqı ilə bağlı təklif: günlük 1,5 manat olsun

Türk bayrağına təhqir - Müvəqqəti Hökumət bəyanat yaydı

Nikolun hiyləgər siyasəti: Rusiyaya nələr ötürür? - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla