Yuxarı

Magistratura imtahanının nəticələri açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.

DİM-dən Axar.az-a verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı sabah günün birinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13494 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur.

Magistraturaya qəbul olmuş şəxslər 9 – 18 iyul tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

Tarix
2024.07.02 / 19:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Belçika bunun üçün Azərbaycana 250 min avro ayırdı

Ərsin Tatar Bakıya gəldi - Foto

ABŞ nümayəndə heyəti sərhədimizə gəldi

İlham Əliyev Pakistana səfərə gedir

Əliyev, Ərdoğan və Şərifin görüşü ilə bağlı bəyanat

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana gəldi

Azərbaycanın mina problemi Belçikada müzakirə olundu

190 min şəxs Rusiya ordusu ilə müqavilə bağladı

Müsavat Partiyası seçkilərlə bağlı qərarını verdi

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla