Yuxarı

Rabitəbank Lənkəran filialının açılışını etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müştərilərinə daha yaxın və əlçatan olmaq, eləcə də daha keyfiyyətli xidmət göstərmək üçün Rabitəbank filiallarını yeni konsepsiyaya uyğunlaşdırmağa davam edir.

Axar.az xəbər verir ki, bank müştərilərinin rahatlığı üçün yeni konseptdə və ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş Lənkəran filialınının açılışını etdi.

Filial Lənkəran rayonu, Müzəffər Nəsirli 11A ünvanında yerləşir.

Qeyd edək ki, yenilənmiş Lənkəran filialında fiziki və hüquqi şəxslərə, həmçinin sahibkarlara yüksək səviyyədə hər növ bank xidmətləri göstəriləcək. Müştərilər bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça biləcəklər. Filialda hesablaşma-kassa əməliyyatları, müxtəlif növ kreditlər, əmanətlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təklif ediləcək.

Eyni zamanda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilər biznes kredit məhsulları üçün (mikrokredit, KOB krediti, korporativ kredit) müraciət edə biləcək, müxtəlif dövlət fondları vasitəsilə banka ayrılmış güzəştli kredit məhsullarından yararlana biləcəklər.

“Rabitəbank olaraq müştərilərimizin rahatlığı və onlara ən yüksək səviyyədə xidmət göstərmək bizim əsas prioritetlərimizdən biridir. Bu məqsədlə, Lənkəran filialını ən müasir bankçılıq texnologiyaları ilə təchiz etmiş və yeni konseptə uyğunlaşdırmışıq. Biz fiziki, hüquqi şəxslər və sahibkarlar daxil olmaqla, bütün müştərilərimiz üçün rahat və səmərəli mühit yaratmağı hədəfləyirik. Yenilənmiş filialımızda müştərilərimiz fərdi yanaşma ilə rahat ofis şəraitində müxtəlif bank xidmətlərindən istifadə edə biləcəklər,” - deyə Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov bildirib.

Qeyd edək ki, Rabitəbankın təqdim etdiyi sərfəli nağd pul kreditini bankın istənilən filialından, “Rabitəbank” tətbiqindən və bankın saytından almaq mümkündür. Onlayn kredit sifarişi üçün: https://rbt.az/KREDIT-AL

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Tarix
2024.07.04 / 20:02
Müəllif
Axar.az
Digər xəbərlər

Paşazadənin sözləri erməni eksperti əndişəyə saldı

Tramp və Maskın "yalançı davası"nın 5 səbəbi

Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!

Türkləri hədəf alırlar, amma Türkiyə onlara görə Bakıya qarşı…

Bakı və Quandun limanları arasında əməkdaşlıq müzakirəsi

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla