Yuxarı

Türkləri hədəf alırlar, amma Türkiyə onlara görə Bakıya qarşı…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin “Haaretz” saytı yazır ki, Azərbaycan Türkiyənin etirazlarına baxmayaraq, İsrailə neft ixracına davam edəcək. İsrail mənbələri sayta bildirib ki, Azərbaycan İsrailə neft ixracı ilə bağlı rəsmi məlumat verməyi dayandırsa da, neft tədarükünü dayandırmayacaq.

Axar.az xəbər verir ki, bu barədə Sürixdə yaşayan mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.

“Xatırladım ki, Azərbaycan İsrailin neftə olan tələbatının 40 faizini ödəyirdi. Yəni bu həcmdə olan bir bazardan Azərbaycanın imtina etməsi böyük itkilər deməkdir. Həm də söhbət İsraildən gedir. Bu ölkə Azərbaycan üçün xüsusi statusdadır, həyati əhəmiyyət daşıyır.

O da sirr deyil ki, Azərbaycan və İsrail arasında dostluq münasibətləri Türkiyədə narazılıqla qarşılanır. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə-Azərbaycan media nümayəndələrinin görüşü zamanı Azərbaycan-İsrail əməkdaşlığı, Qəzzada baş verən soyqırımda Azərbaycanın “töhfəsi” haqqında materiallar dərc edən bəzi Türkiyə qəzetlərinə açıq şəkildə etirazını bildirdi.

H.Hacıyev Qarabağ məsələsi ilə bağlı İsraildən alınan hərbi, diplomatik dəstəkdən danışdı, sonra isə Azərbaycanın İsrailə neft satması ittihamlarına cavab verərək, bu ittihamları irəli sürənlərin hətta neft bazarının necə işlədiyindən belə xəbərsiz olduğunu söylədi. Bildirdi ki, Azərbaycan nefti Türkiyə limanına çatdırılır. Oradan isə müxtəlif gəmilər nefti müxtəlif ölkələrə daşıyırlar.

Sosial şəbəkələrdə Türkiyə vətəndaşları Azərbaycanı Qəzzanı bombalayan İsraillə əlaqələr qurmaqda günahlandırırlar. Türkiyəli millət vəkili Ömər Faruk Gərgərlioğlu İsraili dost adlandırdığı üçün Azərbaycanı tənqid edib: "İsrailə “dostumuz” deyirsiniz. Ondan sonra da "iki dövlət, bir millət". Belə şey olarmı?! Utanın, körpələr ölərkən, əməkdaşlıqmı olar?!"

Türkiyədə bu kimi populist çıxışlar tez-tez olur. Xatırladım ki, 2023-ü il iyunun 15-də Fələstin lideri Mahmud Abbas Pekində olarkən Çin Xalq Respublikasının sədri Si Szinpinə belə demişdi: “Bəzi insanların gündəmə gətirdiyi uyğur məsələsi insan haqları məsələsi deyil. Bu, Çinin terrorizm, ekstremizm və separatizmlə mübarizəsidir. Fələstin hökuməti həmişə Çinin mübarizəsini dəstəkləyib. Fələstin həmişə Çinə inanıb".

Qeyd edək ki, Çin 1 milyondan artıq uyğur türkünü zindanlarda çürüdür. Fələstin lideri isə Çinə bu məsələdə açıq və birmənalı şəkildə dəstək verir.

O vaxt MHP sədri Dövlət Baxçalının bu məsələ ilə bağlı çıxışı sosial şəbəkələrdə gündəmə çevrildi.

Sayın Baxçalı bildirdi ki, M.Abbas uzun müddətdir Çinin uyğur türklərinə qarşı zülmünə dəstək verir: “Bir müddət öncə Çində səfərdə olan Mahmud Abbas Pekinin Uyğur Bölgəsindəki tədbirlərini bir daha haqlı hesab edib və deyib ki, Çin terrorçularla mübarizə aparır. Tez-tez Çinlə Fələstinin dost olduğunu səsləndirən Abbas bu dəfə uyğur türklərini terrorçu adlandırıb”.

Mahmud Abbasın bu açıqlamasının türk millətinə qarşı haqsızlıq olduğunu deyən Baxçalı illərdir Türkiyənin İsrail işğalına qarşı Fələstinin yanında olduğunu xatırladıb.

“Fələstin lideri PKK və ya FETÖ-yə səsini çıxardımı? Bizə dəstək mesajı paylaşdımı? Etməyi ağlından belə keçirmədi. Terror Şərqi Türküstanda deyil, Qəndildədir”, - Baxçalı bildirdi.

Onu da qeyd etmək gərəkir ki, Fələstin PKK və ASALA-ya açıq şəkildə dəstək verib, öz hərbi bazalarında onlara təlimlər keçib. PKK lideri Abdullah Öcalan Türkiyə tərəfindən həbs olunanda Fələstində xalq küçələrə axışdı və Türkiyə əleyhinə şüarlar səsləndirdi. Bu kadırlar indi də İnternetdə dolaşır.

Onu da xatırlatmaq gərəkir ki, MHP sədri Dövlət Baxçalı 2024-cü ildə də Mahmud Abbası "topa tutmuşdu". Niyə? O vaxt İsrail xarici işlər naziri Prezident Tayyib Ərdoğanı hədəf almışdı. Türkiyə paralmenti Fələstin Muxtariyyətinin sədri Mahmud Abbası Böyük Millət Məclisində çıxış etmək üçün rəsmi dəvət etmişdi. Ancaq Fələstin Prezidenti Mahmud Abbas İsrailin əleyhinə danışmaqdan yayınmaq üçün Türkiyə Böyük Millət Məclisinin dəvətindən imtina etmişdi.

Ümumiyyətlə, Fələstin həmişə Türkiyənin və türklərin əleyhinə olub. Məsələn, Azərbaycan-Ermənistan qarşıdurmasında da Fələstin həmişə ermənilərin yanında olub. Fələstin Azadlıq Təşkilatının (FAT) sədri Yasir Ərəfat isə özünü erməni adlandırmaqdan belə çəkinməmişdi”, - Elbəyi Həsənli qeyd edib.

Tarix
2025.06.08 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Quandun limanları arasında əməkdaşlıq müzakirəsi

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla