Yuxarı

Ruanda Mərkəzi Afrika Dövlətləri İqtisadi Birliyindən çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruanda Mərkəzi Afrika Dövlətləri İqtisadi Birliyindən çıxdı

Ruanda Mərkəzi Afrika Dövlətləri İqtisadi Birliyindən (ECCAS) çıxdığını elan edib.

Axar.az xəbər verir ki, Ruanda bu qərarını üzv kimi hüquqlarının dəfələrlə pozulması və təşkilatın öz əsas prinsiplərinə əməl etməməsi ilə əsaslandırıb.

Ruanda Xarici İşlər Nazirliyi verdiyi bəyanatda bildirib ki, hökumət artıq öz əsas prinsiplərinə əməl etməyən və üzərinə düşən vəzifələri yerinə yetirməyən bir təşkilatda üzv qalmağın mənasız olduğunu düşünür.

Nazirlik qeyd edib ki, təşkilatın iyunun 7-də Ekvatorial Qvineyanın Malabo şəhərində keçirilmiş 26-cı illik sammiti bu qərarın qəbul edilməsində həlledici rol oynayıb. Belə ki, təşkilat əsasnaməsinin altıncı bəndinə zidd olaraq, Ruandanın növbəti dövri sədrlik hüququnu nəzərə almayıb.

Qeyd edək ki, Mərkəzi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECCAS) 1983-cü ildə yaradılmış regional əməkdaşlıq təşkilatıdır. Mərkəzi Afrikanın 11 ölkəsi (Anqola, Burundi, Kamerun, Ekvatorial Qvineya, Çad, Mərkəzi Afrika Respublikası, Qabon, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Ruanda və San-Tome və Prinsipi) təşkilatın üzvüdür.

Tarix
2025.06.09 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bölgənin problemlərini yalnız bu cür həll etmək mümkündür

Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var

İlham Əliyev Şimali Kipr prezidenti ilə görüşdü

İlham Əliyev Şaranı Azərbaycana dəvət etdi

İlham Əliyev Şara ilə görüşdü - Foto

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

Şagird hücumlarının səbəbi: seriallar, oyunlar... - Ağar

Prezident Maya Sandu ilə görüşdü

Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik

Qafarova və Simonyan arasında görüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla