Yuxarı

Mühüm: Almaniya ilə Azərbaycan arasında sənədlər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mühüm: Almaniya ilə Azərbaycan arasında sənədlər...

Almaniya tərəfi ilə uzun müddət aparılan iş nəticəsində rəsmi sənədlərin tanınması ilə bağlı yeni qaydalar qüvvəyə minib ki, bu da Azərbaycan vətəndaşlarının işini xeyli yüngülləşdirəcək.

Axar.az Report-a istiandla xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri özünün X hesabında yazıb.

O bildirib ki, artıq Almaniya ilə Azərbaycan arasında sənədlərin səfirliklər tərəfindən leqallaşdırılması tam dayandırılıb. Bunun əvəzinə, apostil prosedurunun tətbiqinə başlanılıb.

"Bu nə deməkdir? Hər iki ölkə 1961-ci il tarixli Haaqa Apostil Konvensiyasının iştirakçısıdır. Bu Konvensiyaya görə, bir ölkədə verilmiş rəsmi sənədlərin digər ölkədə tanınması üçün yalnız apostil möhürü kifayətdir. Əlavə leqallaşdırma və ya təsdiq tələb olunmur. Almaniya tərəfi ilə aparılan müvafiq iş nəticəsində 2026-cı ilin mart ayında Apostil Konvensiyası iki dövlət arasında tam qüvvəyə minib. Beləliklə, Almaniyada verilən rəsmi sənədlər yalnız Almaniyanın müvafiq dövlət qurumları tərəfindən apostil möhürü ilə təsdiq olunur və bu, həmin sənədlərin Azərbaycanda tanınması üçün kifayətdir. Artıq əlavə olaraq bu sənədlərin Berlindəki Azərbaycan Səfirliyində leqallaşdırılmasına ehtiyac yoxdur", - səfir qeyd edib.

N.Ağayev, həmçinin vurğulayıb ki, Azərbaycanda verilmiş sənədlər də yalnız apostil möhürü ilə Almaniyada tanınır və Almaniyanın Bakıdakı səfirliyində əlavə leqallaşdırma tələb olunmur:

"Bu mühüm yenilik Azərbaycan ilə Almaniya arasında qarşılıqlı etimada əsaslanan səmərəli əməkdaşlığın xalqlarımızın maraqları naminə davamlı şəkildə inkişaf etdiyini bir daha aydın şəkildə nümayiş etdirir".

Tarix
2026.04.17 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla