ABŞ İrana yeni hücum hazırlığı görür?
23:52
| Ana səhifə Planet |
|
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində güclü sel həyatı iflic edib.
Axar.az xəbər verir ki, bir çox yerləri, o cümlədən küçə və prospektləri su basıb, marşrut avtobuslarındakı sərnişinlər çıxılmaz vəziyyətdə qalıblar.
İstanbul valiliyinin açıqlamasına görə, 1277 daşqın və 15 torpaq sürüşməsi hadisəsi baş verib; 47 nəfər köməksiz vəziyyətdə qalıb. Həmçinin 13 ağacın aşması və 2 binanın damının uçması qeydə alınıb.
Bundan əlavə, 76 nəqliyyat vasitəsi, 808 yaşayış evi və 280 iş yerinin ziyan görməsi ilə bağlı məlumatlar daxil olub. Bəzi ərazilərdə ağaclar maşınların üzərinə açıb.
|
Tarix
2026.10.14 / 23:09
|
Müəllif
Axar.az
|