İstanbulda son vəziyyət: avtobusları da su basdı... - Video
23:09
| Ana səhifə Planet |
|
Rusiya Suriyanın keçmiş prezidenti Bəşər Əsədə siyasi sığınacaq vermək qərarını yenidən nəzərdən keçirməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Georgi Borisenko yerli mediaya müsahibəsində deyib.
“Suriyalı tərəfdaşlarımız Rusiyanın Bəşər Əsədə humanitar səbəblərdən siyasi sığınacaq verdiyini yaxşı bilirlər. Və Dəməşqdəki mövcud hakimiyyət Rusiyanın bu qərarının sarsılmaz olduğunu başa düşür", - Borisenko bildirib.
Qeyd edək ki, Əsəd ailəsi 2024-cü ilin dekabrında silahlı müxalifət Dəməşqi ələ keçirib keçmiş hökuməti devirdikdən sonra Rusiyaya sığınıb.
|
Tarix
2026.10.14 / 22:22
|
Müəllif
Axar.az
|