Yuxarı

Azərbaycanda qırıcı sayı Ermənistandan 10 dəfə çoxdur - Forbes

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda qırıcı sayı Ermənistandan 10 dəfə çoxdur - Forbes

“Forbes” jurnalında "Ermənistan Azərbaycanın JF-17 qırıcılarını almasına necə cavab verə bilər?" (How Armenia Might Respond To Azerbaijan’s JF-17 Fighter Acquisition”) adlı irihəcmli məqalə dərc olunub.

Məqalənin müəllifi Pol İddon yazır ki, Pakistan hökuməti cümə günü sosial media platforması X-də təsdiqləyib ki, Azərbaycan 4,6 milyard dollarlıq müdafiə sazişi çərçivəsində JF-17 qırıcılarının sifarişini 16-dan 40-a qaldırıb. "JF-17C Block III" qırıcısının 4.5-ci nəsil olmasına diqqət çəkən müəllif qeyd edir ki, bununla da Azərbaycan qırıcıların sayı baxımından Ermənistanı 10 dəfə geridə qoyub. Azərbaycanın xeyli köhnəlmiş olsa da, keyfiyyətli təmirdən çıxmış MiQ-29 qırıcı donanmasını, İsrail və Türkiyə istehsalı olan qabaqcıl dronlarını nəzərə almasaq belə, 40 ədəd JF-17C Block III qırıcısı rəsmi Bakıya ciddi üstünlüklər verir.

Təbii ki, Ermənistan Pakistanla Azərbaycan arasında baş tutmuş bu silah alış-verişindən xeyli narahatdır. Lakin imkan baxımından zəif olan Ermənistan üçün varlı Azərbaycanla silahlanma sahəsində rəqabət aparmaq olduqca çətindir.

Tərəflər arasında müharibə ehtimalının aşağı olduğunu yazan müəllif bildirir ki, Zəngəzur dəhlizi ilə bağlı müəyyən münaqişələrin baş verməsi də istisna edilmir.

Ermənistanın vəziyyətdən çıxmaq məqsədilə Fransaya "Rafale" qırıcıları üçün müraciət edib-etməyəcəyi bəlli deyil. “Forbes” yazır: “İrəvan çox güman ki, bir neçə istiqamətdə cəhdlər göstərəcək. Lakin Fransanın “Rafale” təyyarələrindən daha sərfəli olduğunu nəzərə alsaq, Hindistanda istehsal olunan Su-30MKI-lərin alınmasına üstünlük veriləcək”. Hindistan və Pakistan arasında keçən ay yaşanan gərginliklə bağlı bəzi məsələlər hələ də tam aydın olmasa da, Hindistanın "Rafale" donanmasının kifayət qədər güclü performans göstərməməsi ilə bağlı ittihamlar Ermənistanın seçimlərinə təsir edə bilər.

Məqalədə qeyd edilir ki, Hindistan Rusiya istehsalı olan Su-30MKI döyüş təyyarəsini lisenziya əsasında hazırlayır. Hindistan tezliklə bu təyyarələrin bir hissəsini ixrac edə bilər və şübhəsiz ki, Ermənistanı potensial müştəri kimi görür. İrəvan artıq bu onilliyin əvvəlindən Hindistan istehsalı olan silahlar üzrə rekord həcmli müqavilələr imzalayıb. Bundan əlavə, Yeni Dehli Ermənistanın mövcud Su-30SM təyyarələrini təkmilləşdirmək və onları Hindistan istehsalı olan müxtəlif sursat və silahlarla uyğunlaşdırmaq üçün ideal tərəfdaşdır.

Hindistan, çox güman ki, Azərbaycanın Hindistanın əzəli rəqibi olan Pakistandan qırıcı almasına cavab olaraq Ermənistanı öz qırıcıları ilə təchiz etməyə maraqlıdır.

Azərbaycanla havada rəqabət aparmaq üçün yeni qırıcılar əldə etməklə yanaşı, Ermənistan böyük ehtimalla öz hava hücumundan müdafiə sistemlərini də Hindistan, İran və ya digər ölkələrin texnologiyaları ilə təkmilləşdirməyə çalışacaq.

Tarix
2025.06.08 / 23:23
Müəllif
Elbəyi Həsənli
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla