Yuxarı

Çin "görünməz" qırıcıları Pakistana verir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin "görünməz" qırıcıları Pakistana verir

Çin özünün "Shenyang J-35A" beşinci nəsil "görünməz" qırıcısının Pakistan Hərbi Hava Qüvvələrinə təhvil verilməsini başa çatdırır.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu, Hindistan Hərbi Hava Qüvvələri üçün potensial ciddi təhlükə yaradır, çünki sözügedən qırıcı strateji hava balansını əhəmiyyətli dərəcədə dəyişdirə bilər.

Məlumata görə, Pakistan bu qırıcılardan hətta məhdud sayda əldə etdikdən sonra onun hava doktrinası dərinlərə zərbələrin endirilməsi imkanlarına qədər kəskin surətdə dəyişə bilər.

Belə ki, "J-35A" Çinin 40 kilometrədək məsafədə olan hədəfi vurmaq qabiliyyətinə malik ən son nəsil "hava-hava" raketlərinə uyğun gəlir.

Eyni zamanda, Hindistan əsasən "Su-30MKI", "Miraj 2000", "MiG-29UPG" kimi dördüncü nəsil təyyarələri istifadə edir, yalnız Fransanın "Rafale F3R" qırıcısı "J-35"ə bərabər cavab verə bilər, lakin o, bir sıra parametrlərə görə geri qalır və "görünməzlik" imkanlarına malik deyil.

Pakistanın nə qədər "J-35" alacağı hələlik bəlli deyil.

Tarix
2025.06.08 / 22:20
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla