Yuxarı

Təsadüfən deputat mandatından imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təsadüfən deputat mandatından imtina etdi

"Almaniya üçün Alternativ" (AfD) Partiyasının 66 yaşlı üzvü Andreas Blum sənədini doldurarkən səhv etdiyinə görə Aşağı Saksoniyadakı Kloppenburq şəhər şurasındakı vəzifəsindən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.

A.Blum rəsmi blankı səhv doldurub, deputat mandatından imtina bəndinin yanındakı bəndi işarələyib və sonra sənədi poçtla bələdiyyə seçki direktoruna göndərib.

Kloppenburq administrasiyası siyasətçinin mandatından imtinasını təsdiqləyib. Qərar geri qaytarıla bilməz. A.Blum formanı doldurub təqdim etməsəydi, onun seçilməsi etibarlı hesab ediləcəkdi.

O, seçkilərdə 540 səs toplayaraq, birbaşa şəhər şurasına seçilib. Siyasətçinin sözlərinə görə, yeni şurada işə başlayacağını gözləyirdi.

"Mən şəhər şurasına daxil olmağı çox istəyirdim. Çərşənbə axşamına qədər növbəti şəhər şurasında olmayacağım mənə aydın deyildi. Bunu biləndə özümü çox pis hiss etdim. Mən çox əsəbiləşmişəm", – o bildirib.

Tarix
2026.10.19 / 00:03
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla