Yuxarı

Məşhur ada satışa çıxarıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur ada satışa çıxarıldı

Yunanıstanın Dodekanes arxipelaqında yerləşən Strongylo adası 5 milyon dollar ilkin qiymətlə satışa çıxarılıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Egey dənizində yerləşən ada şəxsi mülklərin satışı üzrə ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak platformasında siyahıya daxil edilib.

Strongylo adası toxunulmamış təbiəti və üç təbii çimərliyi ilə diqqət çəkir. Yunanıstan mediasının məlumatına görə, ərazi həm lüks yaşayış məkanı, həm də turizm sahəsinə investisiya yatırmaq istəyənlər üçün əlverişli hesab olunur.

Təxminən 219 min kvadratmetr əraziyə malik ada Lipsi adasının şimalında, Arki adaları qrupunda yerləşir. Patmos və Leros adalarına yaxın olsa da, Strongyloya yalnız dəniz yolu ilə çatmaq mümkündür.

Qeyd edək ki, ada əvvəllər məşhur aktyor Conni Depplə bağlı xəbərlərdə də gündəmə gəlib.

Tarix
2026.10.18 / 22:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla