Yuxarı

"BakıKart" adından dələduzluq - Nazirlik xəbərdarlıq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Məlumata əsasən, kiberdələduzlar sosial şəbəkələr vasitəsilə məlumatlar paylaşaraq, vətəndaşları ictimai nəqliyyatdan pulsuz istifadə etmək vədi ilə saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatları dəqiqləşdirməyi tövsiyə edir.

Tarix
2024.07.02 / 19:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ərsin Tatar Bakıya gəldi - Foto

ABŞ nümayəndə heyəti sərhədimizə gəldi

İlham Əliyev Pakistana səfərə gedir

Əliyev, Ərdoğan və Şərifin görüşü ilə bağlı bəyanat

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana gəldi

Azərbaycanın mina problemi Belçikada müzakirə olundu

190 min şəxs Rusiya ordusu ilə müqavilə bağladı

Müsavat Partiyası seçkilərlə bağlı qərarını verdi

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla