Yuxarı

Bakıda budanma adı ilə ağacları doğrayıblar - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda, 28 May küçəsində ağacların yenidən "budanması" vətəndaşların narazılığına səbəb olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən fakt təsdiqlənib.

"28 May küçəsində baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən ağaca baxış keçirilib və müdaxilə faktı aşkarlanıb. Fakt aktlaşdırılaraq aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib", - deyə açıqlamada vurğulanıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, Nəsimi rayonu 28 May küçəsində qovaq ağacının yaş budaqlarının kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Qafar Ağayevin sözlərinə görə, faktla bağlı akt tərtib olunub:

"Hadisənin kim tərəfindən törədildiyini müəyyən etmək məqsədilə Nəsimi Rayon Polis İdarəsinə, ərazinin nəzarətdə saxlanılaraq qeyd olunan ağaca aqrotexniki qulluq göstərilməsi üçün isə Nəsimi İcra Hakimiyyətinə, Nəsimi Bələdiyyəsinə və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub".

Fotoları təqdim edirik:

Tarix
2024.07.02 / 17:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev, Ərdoğan və Şərifin üçtərəfli görüşü ilə bağlı bəyanat

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana gəldi

190 minə yaxın vətəndaş Rusiya ordusu ilə müqavilə bağladı

Müsavat Partiyası seçkilərlə bağlı qərarını verdi

Kamran Əliyev İraq Ali Məhkəməsinin sədri ilə görüşdü

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq

Viktor Orban Azərbaycana gəlir

Əliyev onları COP29-a dəvət etdi

Əliyev Astanada mühüm görüşdə çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla