Yuxarı

Türk bayrağına təhqir - Müvəqqəti Hökumət bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk bayrağına qarşı edilənləri şiddətlə rədd edir, azad edilmiş bölgələrdə türk birliklərini hədəf alan bütün addımların təcili şəkildə dayandırılmasını istəyirik.

Axar.az xəbər verir ki, bu sözlər Suriya Müvəqqəti Hökumətinin Afrində Türkiyənin hərbi bazasına qarşı hücumla bağlı yaydığı açıqlamada qeyd olunub.

“Suriya Müvəqqəti Hökuməti olaraq Kayseridəki hadisələri bəhanə edərək xalqlarımız arasındakı mövcud ittifaqı və inqilabın nailiyyətlərini baltalama məqsədi güdən provakasiyaları rədd edir, azad edilmiş bölgələrdə yaşayan xalqımızı və hər kəsi bu təxribata uymamağa çağırırıq.

Bölgədəki bütün çətinliklərə və əziyyətlərə rəğmən, bu qardaşlığın qarşıdakı yüz illər boyunca da davam edəcəyinə tam şəkildə inanırıq. İki xalqın ortaq taleyi də bunu tələb edir. Suriya Müvəqqəti Hökuməti qatil Əsəd rejimi, müttəfiqləri və terror təşkilatlarının törətdiyi cinayətlərdən qaçan suriyalı qaçqınlara qarşı bütün ifrat düşüncələri qınayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bildirdiyi kimi, Kayseridə baş verən hadisələri heç bir formada qəbul etmək olmaz. Bu çərçivədə Suriya Müvəqqəti Hökuməti Türkiyə Daxili İşlər Nazirliyinin təcavüzkarlara qarşı atdığı qanuni addımları da təqdir edir. Bu üzücü hadisələrin qardaşlığımıza kölgə salmağına icazə verməyəcik”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, Kayseridə suriyalı miqrantın 6 yaşlı uşağa təcavüzündən sonra bütün ölkədə etiraz aksiyaları və iğtişaşlar baş verib. Suriyanın Afrin vilayətində isə müxtəlif qruplar buna cavab kimi Türkiyənin hərbi bazasını mühasirəyə alıb, silahlı toqquşmalar olub.

Tarix
2024.07.02 / 12:34
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq

Viktor Orban Azərbaycana gəlir

Əliyev onları COP29-a dəvət etdi

Əliyev Astanada mühüm görüşdə çıxış etdi - Foto

Ərdoğan Şuşaya öz yerinə onu göndərir

Dövlətlə millət arasında bağ qopub: Nələri qurban verməliyik?

Paşinyandan Baydenə: Qafqazda sülhün bərqərar olması...

Azərbaycan XİN ABŞ-ı təbrik etdi

İlham Əliyev rəsmi ziyafətdə iştirak etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla