Yuxarı

Suraxanıda ağır qəza: sürücü xilas edildi - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayonunda yol qəzası olub, avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib.

Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, E.Bəkirov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, İSUZU markalı avtobus ilə “Şaqman” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtobusun sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1967-ci il təvəllüdlü Fariz İbad oğlu Bayramovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix
2024.07.02 / 21:09
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan ABŞ-a gedir: Tramp və Əliyevlə görüş...

Tramp Əliyev və Paşinyanla bu tarixdə görüşəcək - Proqram

Dünya liderləri Azərbaycan pavilyonunda - Foto

Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Təsdiqləndi

Əli Əsədov Berdiməhəmmədovla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

Füzuli bu türk şəhəri ilə qardaşlaşacaq

Berdiməhəmmədov, Mirziyayev və Əsədov görüşdü

Zəngəzurdan keçməklə Naxçıvana çox gedib-gəlmişəm...

Əli Əsədov Kobaxidze ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla