Yuxarı

Qurbanov Şimali makedoniyalı jurnalisti Bakıya dəvət etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində səfərdə "Şkendiya"ya qarşı keçirilən ilk oyundan sonra Şimali Makedoniyan olan jurnalisti Bakıya dəvət edib.

Axar.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında Ağdam təmsilçisini gözəl matça görə və 17 il ardıcıl avrokubokların qrup mərhələlərinə vəsiqə qazanması münasibəti ilə təbrik edən jurnalisti Bakıdakı cavab görüşündə görmək istədiyini deyib.

"Bizə verdiyiniz dəyərə görə təşəkkür edirəm. Göstərdiyiniz hörmət çox xoş oldu. Sizi Bakıya dəvət edirəm. İmkan olarsa Bakıya gəlib, qonağımız ola bilərsiniz", - deyə Q.Qurbanov söyləyib.

Qeyd edək ki, "Şkendiya" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Tarix
2025.08.06 / 01:08
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Əliyev və Paşinyanla bu tarixdə görüşəcək - Proqram

Dünya liderləri Azərbaycan pavilyonunda - Foto

Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Təsdiqləndi

Əli Əsədov Berdiməhəmmədovla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

Füzuli bu türk şəhəri ilə qardaşlaşacaq

Berdiməhəmmədov, Mirziyayev və Əsədov görüşdü

Zəngəzurdan keçməklə Naxçıvana çox gedib-gəlmişəm...

Əli Əsədov Kobaxidze ilə görüşdü

ABŞ konqresmeni: Tezliklə Azərbaycan və Ermənistan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla