Yuxarı

Zəngəzurdan keçməklə Naxçıvana çox gedib-gəlmişəm...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzurdan keçməklə Naxçıvana çox gedib-gəlmişəm...

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf-ın suallarını cavablandırıb.

Axar.az müsahibəni təqdim edir:

- Elmar müəllim, ABŞ-nin hansısa özəl şirkətinin icarəsi əsasında Zəngəzur dəhlizinin açılmasına dair verilən açıqlamadan sonra İran tərəfi bu mövzuya köklənib. Rəsmi Tehran mümkün qədər prosesə əngəl olacağını bəyan edib. İranın narahatlığı nə ilə bağlıdır?

- Burada proseslərin irəliləməsi daha çox Ermənistan hakimiyyətinin davranışlarından asılıdır. Erməni tərəfi indi ən azından Zəngəzurdan keçəcək yolun tikintisinə başlasa və özünün iradəsini nümayiş etdirsə, İran buna maneə yarada bilməyəcək. İranın narahatlığı isə sırf onların maraqları ilə bağlıdır. Çünki Tehran regional kommunikasiya xəttlərinin ancaq öz ərazisindən keçməsini istəyir. Azərbaycanla İran arasında da bu mövzuya aid razılaşma var ki, İran ərazisindən Araz çayı boyu bir yolun çəkilişi nəzərdə tutulub. Araz dəhlizi adlandırılan bu yolla İran bölgədən keçəcək marşrutu öz nəzarətində saxlamaqla bundan divident əldə etmək istəyir. Zəngəzur dəhlizi açılsa, İran bu imkanlarını itirəcəyindən narahatdır. Ona görə də dəhlizin açılmasına qarşı çıxır və buna dair də müxtəlif siyasi bəyanatlar verilir. İrəli sürdükləri məsələlər də daha çox Ermənistanın suverenliyi və təhlükəsizliklə bağlı amillərdir.

- İddialar var ki, Tehranın bu məsələdəki həssas davranışı Amerikanın Zəngəzura yerləşməsi ilə bağlıdır. İran ABŞ-nin bölgəyə gəlişini necə əngəlləyə bilər?

- Zəngəzur dəhlizinin yüz illik icarə əsasında ABŞ-nin özəl şirkətinin nəzarətində açılmasına dair verilən açıqlama sözsüz ki, İranı ciddi şəkildə narahat edir. Əslində bu, heç də asan bir məsələ deyil. Siz gəncsiniz yəqin ki, Naxçıvana gediş-gəlişdə o yoldan istifadə etməmisiniz. Amma mən Zəngəzurdan keçən yoldan Naxçıvana tez-tez gedib-gəlirdim. Oradan keçən dəmir yolu Araz çayının qırağından keçir. Bu, relyef olaraq da mürəkkəb bir ərazidir. Ermənistanın sərhədi də əraziyə çox yaxındır. Burada, yəni Ermənistan sərhədində isə rus əsgərləri dayanır. Bizim üçün də maraqlıdır ki, əgər dəhliz Amerikanın özəl şirkətinin nəzarətində açılacaqsa, onların burada rus əsgərləri ilə təmasları necə olacaq? İndi Ermənistanın Baş nazir Nikol Paşinyan da deyir ki, orada Ermənistan sərhədçiləri dayanacaq. Digər tərəfdən isə İran faktoru var. Ona görə də bu mövzu daha çox real təhlükədən xəbər verir. Amerika şirkətinin dəhlizi necə qoruyacağı ilə bağlı hələlik konkret bir fikir yoxdur.

- Özəl şirkətin nəzarət mexanizmi əsasında dəhlizin açılmasına dair beynəlxalq presedentlər nədən ibarətdir?

- Dünyada buna oxşar praktika var. Vaxtilə İsveçrəyə məxsus özəl şirkət Gürcüstandan Abxaziyaya keçməklə Rusiya arasında dəmir yolu çəkmək istəyirdi. Keçmiş sovet dövrünə aid olan dəmir yolunu bərpa etmək planları var idi. Amma gürcülər bununla razılaşmadılar. Çünki sərhədçilərin, gömrük əməkdaşlarının harada dayanacağı ilə bağlı məsələlər öz həllini tapmadı. Zəngəzurdan keçəcək dəhlizin də sadə bir prosedurla açılması elə də asan görünmür.

Tarix
2025.08.05 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla