Yuxarı

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İslahatların yeni mərhələsi: İki qurum birləşir

Güclü və dayanıqlı informasiya məkanı milli təhlükəsizliyin əsas hissələrindən biri hesab olunur. Buna görə də Prezident İlham Əliyev 12 yanvar 2021-ci ildə “Azərbaycan Respublikasında media islahatlarının daha da dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Bu Fərmanla Medianın İnkişafı Agentliyi yaradılıb və “Media haqqında” yeni Qanun qəbul edilib. Nəticədə ölkədə media sahəsində yeni hüquqi və institusional sistemin əsası qoyulub.

Bu sözləri Axar.az-a açıqlamasında Mətbuat Şurası İH üzvü, media eksperti Müşfiq Ələsgərli “Media haqqında” Qanunun informasiya mühitinin sağlamlaşdırılmasına təsiri və “yol xəritəsi” kimi təqdim olunan islahatların real nəticələrini qiymətləndirərkən deyib.

Onun sözlərinə görə, bu gün Milli Məclisdə müzakirəyə çıxarılan və Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın bazasında Media və Yayım Şurasının yaradılmasını nəzərdə tutan qanun layihəsi son illərdə aparılan media islahatlarının davamı kimi qiymətləndirilir:

“Bu dəyişiklik rəqəmsal dövrün tələblərinə uyğun olaraq informasiya siyasətinin daha çevik, koordinasiyalı və vahid yanaşma əsasında formalaşdırılmasına xidmət edir. Rəqəmsal transformasiya nəticəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlər xeyli zəifləyib və konvergensiya olunmuş media mühiti yaranıb. Bu şəraitdə media sahəsinin ayrı-ayrı mexanizmlərlə idarə olunması artıq əvvəlki qədər səmərəli deyil. Ona görə də informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və media inkişafı daha vahid və koordinasiyalı idarəetmə tələb edir”.

Ekspert qeyd edib ki, Audiovizual Şura və Medianın İnkişafı Agentliyinin bazasında Media və Yayım Şurasının yaradılması dövlətin vahid idarəetmə yanaşmasının davamı kimi qiymətləndirilir:

“Bu yeni qurumun əsas prioritetləri media subyektlərinin iqtisadi müstəqilliyini gücləndirmək, peşəkarlığı artırmaq, rəqəmsal texnologiyaları inkişaf etdirmək, milli media məhsullarını dəstəkləmək və dezinformasiyaya qarşı mübarizəni gücləndirməkdir.

Eyni zamanda rəqəmsal məzmunun təhlili, ictimai rəyin öyrənilməsi və informasiya təhlükəsizliyinin təmin olunması kimi mexanizmlər də nəzərdə tutulur. Bu dəyişikliklərin həyata keçirilməsi informasiya məkanının daha təhlükəsiz və dayanıqlı olmasına, həmçinin Azərbaycanın media sisteminin müasir tələblərə uyğun inkişafına şərait yarada bilər”.

Tarix
2026.06.16 / 17:51
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla