Yuxarı

Rəşad Sadıqov "Zirə"nin rəqibindən danışdı: Gözlənilməz oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşad Sadıqov "Zirə"nin rəqibindən danışdı: Gözlənilməz oldu

"Zirə"nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi olan "Torpedo" (Gürcüstan) təcrübəli komandadır.

Axar.az xəbər verir ki, bunu klubun mətbuat xidmətinə "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov püşkatmadan sonra rəqibi dəyərləndirərkən deyib.

"Əslində, bütün çalışmalarımız Premyer Liqada növbəti mövsümə hazırlıq üzərində qurulmuşdu. Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bizim üçün gözlənilməz oldu. Bu mərhələdə isə rəqibimiz "Torpedo"dur. Rəqib çox təcrübəli komandadır. Mütəmadi avrokuboklarda iştirak edir. Heyətləri keyfiyyətli yerli və legioner futbolçulardan ibarətdir. Komandanı təcrübəli alman mütəxəssis çalışdırır.

Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar. Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, inşallah, sonda mərhələ keçən tərəf olmaq istəyirik", - baş məşqçi bildirib.

Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ilk matçını evdə keçirəcək.

Tarix
2026.06.17 / 01:51
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla