Yuxarı

Həddindən artıq ciddi olmalıyıq - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həddindən artıq ciddi olmalıyıq - Qurbanov

Avropa Liqasının ilk oyununa yaxşı hazırlıq keçməliyik.

Axar.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubuna rəqib olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov püşkü dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, bu rəqibə qarşı həddindən artıq ciddi olmaq lazımdır:

“Çünki komandamız hələ optimal formada deyil. Heyətimizdə zədəli futbolçular da var. Eyni zamanda, transfer çalışmalarını davam etdiririk. Doğrudur, seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik. Ancaq yenə də heyəti komplektləşdirmək üçün əlimizdən gələni edirik. İlk növbədə, qısa müddətdə formaya düşməliyik. Bunun üçün də yaxşı hazırlıq keçmək lazımdır”.

Mütəxəssis bildirib ki, futbol son vaxtlar o qədər dəyişilib ki, heç kimin potensialını öncədən dəqiq bilmək olmur: “Vestri" barədə ilkin təəssüratlarımız var, müəyyən qədər maraqlanmışıq. Heyətlərində kifayət qədər dəyişiklik olub. İlk matça qədər geniş məlumat topalayacaq və ciddi hazırlaşacağıq. Son olaraq, Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Sabah"a, Konfrans Liqasında mübarizə aparacaq "Zirə" və "Neftçi"yə uğurlar arzulayırıq”.

Qeyd edək ki, I təsnifat mərhələsinin görüşləri iyulun 9-u və 16-da oynanılacaq.

Tarix
2026.06.16 / 21:52
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla