Yuxarı

Evdən işləmək: Azadlıq, yoxsa tələ?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evdən işləmək: Azadlıq, yoxsa tələ?

Səhər tıxacları yoxdur, ofis geyimi məcburi deyil, rəhbərin baxışları hiss olunmur… Evdən işləmək modeli ilk baxışda kifayət qədər rahat və cəlbedici görünür. Lakin "Science” jurnalında dərc edilən genişmiqyaslı araşdırma bu mənzərənin arxasında daha fərqli bir reallığın ola biləcəyini göstərir.

Axar.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, tədqiqatçılar 2011–2024-cü illər arasında ABŞ-da 588 mindən çox insanı əhatə edən beş böyük sorğunun nəticələrini analiz edib. Pandemiya dövrü istisna edilsə də, nəticələr kifayət qədər aydın olub: evdən işləyənlər ofisə gedənlərlə müqayisədə daha yüksək səviyyədə depressiya əlamətləri, antidepresan istifadəsi və psixoloji dəstəyə ehtiyac nümayiş etdirir.

Yalnız yaşayanlar daha həssas qrupdadır

Məlumatlara görə, evdən işləyib tək yaşayan şəxslərdə psixoloji problemlərin artma riski daha da yüksəlir. Birgə yaşayan insanlarla müqayisədə bu göstərici təxminən iki dəfə çoxdur. Fiziki sağlamlıq xərclərində ciddi dəyişiklik müşahidə olunmasa da, psixoloji müalicə və dərman istifadəsinin artması diqqət çəkir.

Norveçdə aparılan başqa bir araşdırma isə həftədə 15 saatdan çox evdən işləyənlərin alkoqol istifadəsinə daha çox meylli olduğunu göstərib. ABŞ-da keçirilən bir sorğuda isə evdən çalışan hər beş nəfərdən birinin iş saatlarında alkoqol və ya stimullaşdırıcı maddə istifadə etdiyini etiraf etdiyi qeyd olunub.

Ümumilikdə, evdən işləmək azadlıq hissi yaratsa da, sosial təmasların azalması insan psixologiyasına mənfi təsir göstərə bilər. Araşdırmalar ən azından bu istiqamətdə xəbərdarlıq edir.

Tarix
2026.06.17 / 02:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla