Yuxarı

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir - Niyə?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir - Niyə?

Ermənistan yenə Ermənistandır… Bu gün sülh müqaviləsi hələ də imzalanmayıb. Biz müqavilənin imzalanmasını gözləyirdik, lakin proses uzanır. Gözləyirdik ki, Ermənistanda seçkilər başa çatdıqdan və baş nazirin səlahiyyətləri təsdiqləndikdən sonra konstitusiyaya dəyişiklik edilər, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları aradan qaldırılar və nəhayət, sülh müqaviləsi imzalanar. Ancaq bu məsələ yenə uzanır.

Axar.az xəbər verir ki, bunu sabiq millət vəkili Vahid Əhmədov Globalinfo.az-a geniş müsahibəsində deyib.

“İkinci mühüm məqam Ermənistanda ciddi silahlanmanın davam etməsidir. Ermənistan Hindistandan silahlar alır, digər dövlətlərlə əlaqələr qurur və silahlanma üçün müxtəlif yardımlar əldə edir. Sual yaranır: Ermənistan niyə bu qədər silahlanır? Axı onun Rusiya ilə müharibə aparmaq niyyəti yoxdur və bu ölkə böyük hərbi gücə malik deyil. Ermənistan kiçik dövlətdir. Bütün bunlar müəyyən narahatlıq doğurur.

Digər tərəfdən, Ermənistan ordusunun generallarının tez-tez sərhədə gəlməsi, sərhəd bölgələrinə baxış keçirməsi də diqqət çəkir. Onların hansı məqsədlə bu addımları atdıqlarını dəqiq bilmirəm. Ancaq hesab edirəm ki, Azərbaycan ehtiyat tədbirlərini görməli və təhlükəsizliyini möhkəmləndirməlidir”.

V.Əhmədov əlavə edib ki, Prezident İlham Əliyevin 2027-ci ilin dövlət büdcəsində təhlükəsizlik və müdafiə sahəsinə təxminən 9 milyard manat vəsait ayrılmasını nəzərdə tutması da bu baxımdan əhəmiyyətlidir:

“Bu, böyük məbləğdir. Həmin vəsait hesabına əlavə silahlar alınmalı, müdafiə istehkamları qurulmalı və sərhəd zonasında təhlükəsizlik daha da gücləndirilməlidir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdəki kəndlərə əhalinin köçürülməsi prosesi də sürətləndirilməlidir ki, insanlar həmin ərazilərdə məskunlaşsınlar. Bir sözlə, münasibətlərdə müsbət addımların atılması yaxşı haldır. Ancaq bir atalar sözü var: düşmənlə dost olsan da, ehtiyatı əldən vermək olmaz”.

Tarix
2026.10.10 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla