Yuxarı

Lənkəranda güclü külək fəsadlar törətdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda güclü külək fəsadlar törətdi

Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu gün səhər saat 09:00 radələrindən başlayaraq Lənkəran rayonunun kəndlərinə dolu yağıb. Təxminən 4-5 dəqiqə davam edən dolu əsasən Separadi, Tükəvilə, Zövlə, Şağlaser, Boladi kəndləri, Nərimanabad qəsəbəsi və Liman şəhərində müşahidə olunub.

Doludan sonra əraziyə intensiv yağış yağıb, güclü külək əsib.

Güclü külək əsasən rayonun Zövlə kəndinə xeyli ziyan vurub. 15 yaxın irigövdəli ağaclar aşaraq yola düşüb. Yol 1 saata yaxın bağlı qalıb. Əraziyə gətirilən ağır texnikaların köməyi ilə ağaclar yoldan götürülüb və hərəkət bərpa olunub. Aşan ağaclar eləcə də kəndin elektrik təsərrüfatına, internet və qaz xəttlərinə də ziyan vurub. Hazırda kənd işıqsız qalıb.

Qeyd edək ki, rayonda yağış dayanıb. Günəşli hava müşahidə olunur.

Tarix
2026.10.10 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla