Yuxarı

FHN-in növbəti “açıq qapı günü” tədbirləri - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in növbəti “açıq qapı günü” tədbirləri - Foto

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 nömrəli Yanğından Mühafizə Hissəsində, 1 nömrəli Xüsusi Təyinatlı, Səbail, Nərimanov, Suraxanı, Astara Rayon Yanğından Mühafizə hissələrində həmçinin Sabunçu və Yasamal Rayon Yanğından Mühafizə hissələrinin 23 və 31 nömrəli Yanğından Mühafizə bölmələrində “açıq qapı günü” tədbirləri keçirilib.

Axar.az xəbər verir ki, tədbirlərdə “My Garden”, “Piter Pen”, “Bağçam”, “Bir İnci”, “İndigo Vurğun”, “Şən Notlar”, “İndigo Xətai”, “Möcüzələr ölkəsi”, “İndigo Sumqayıt” uşaq bağçalarının azyaşlı və tərbiyəçiləri, həmçinin Astara şəhər 1 saylı tam orta məktəbinin şagird və müəllimləri iştirak ediblər.

Tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

“Açıq qapı günü” tədbirlərində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.

Maraqlı keçən tədbirlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb.

Tarix
2026.10.10 / 13:54
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla