Yuxarı

Güclü külək işıq dirəklərini belə aşırdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güclü külək işıq dirəklərini belə aşırdı - Video

"Azərişıq" ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır.

Axar.az xəbər verir ki, bu barədə ASC məlumat yayıb.

Məlumata görə, cənub regionunda müşahidə olunan güclü külək, intensiv yağış və dolu yağması, xüsusilə Masallı və Lənkəranın kənd və qəsəbələrində, qismən də Lerik və Yardımlının bir neçə yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb. Buna səbəb güclü küləyin elektrik dayaqlarını aşırması, həmçinin ağacların qırılaraq yüksək gərginlikli xətlərin üzərinə düşməsi və nəticədə qəzaların yaranmasıdır.

Leysan xarakterli intensiv yağışların və dolunun yağması yollarda nəqliyyatın hərəkətini olduqca çətinləşdirir. Üstəlik aşan ağacları kəsib götürmək və qəzalı vəziyyətə düşmüş dayaqları ərazidən kənarlaşdırmaq "Azərişıq" əməkdaşlarına əlavə problem yaradır. Qeyri-sabit hava şəraitində bütün çətinliklərə baxmayaraq əməkdaşlar qəzanı aradan qaldırmaq üçün fasiləsiz çalışır. Artıq bir çox yaşayış məntəqələrində enerjinin verilişi təmin olunub.

Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.

Tarix
2026.10.10 / 17:21
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla