Yuxarı

Yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirildi

Fövqəladə Hallar Nazirliyi ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə əhali arasında kütləvi maarifləndirmə tədbirlərini səlahiyyətləri daxilində davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bu çərçivədə oktyabrın 10-da FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “BakuBus” MMC və “PASHA Malls” şirkətinin dəstəyi ilə Bakı şəhərinin ən sıx nəqliyyat və piyada qovşaqlarından biri olan metronun “28 May” stansiyasının ətrafındakı ərazidə bir sıra mühüm obyektlərdə yanğın təhlükəsizliyi üzrə genişmiqyaslı maarifləndirmə aksiyası keçirilib.

Tədbir zamanı Xidmətin əməkdaşları tərəfdaş qurumların nümayəndələri ilə birgə ərazidən, ictimai nəqliyyatdan və ticarət obyektlərindən istifadə edən vətəndaşlarla profilaktik söhbətlər aparıb, vətəndaşlara vacib təhlükəsizlik qaydaları barədə məlumat veriblər.

Profilaktik söhbətlər zamanı metro, qatar və avtobuslarda, nəqliyyat qovşaqlarında, həmçinin ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinin, təxliyə yolları və keçidlərin boş saxlanılmasının, məişətdə və ictimai məkanlarda elektrik və qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi vətəndaşlara, o cümlədən müəssisələrin məsul əməkdaşlarına izah edilib.

Bununla yanaşı, gün ərzində “28 May” stansiyasının qarşısındakı ərazidə, metro stansiyasının və dəmir yolu vağzalının giriş-çıxışlarında, “BakuBus” avtobus dayanacaqlarında, habelə yaxınlıqdakı ticarət mərkəzlərinin, nəqliyyat obyektlərinin daxili və xarici monitorlarında məişətdə, ticarət müəssisələrində və nəqliyyatda yanğın təhlükəsizliyi qaydalarını, elektrik və qaz şəbəkələrinin təhlükəsiz istismarını əks etdirən videoçarxlar nümayiş etdirilib.

Həmçinin, tədbir çərçivəsində vətəndaşlara yanğın təhlükəsizliyi və fövqəladə hallar zamanı davranış qaydalarını özündə əks etdirən maarifləndirici buklet və broşürlər paylanılıb.

Fövqəladə Hallar Nazirliyi bir daha əhalini məişətdə, ictimai nəqliyyatda və insanların kütləvi toplaşdığı məkanlarada yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Tarix
2026.10.10 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla