Yuxarı

İnsan alverinin qurbanı olmuş uşaqlarla bağlı proqram təsdiq edilib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti "İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram"ı təsdiq edib.

"Axar.az" Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat verir ki, Proqram insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən insan alveri qurbanlarının, xüsusilə uşaqların yaşı, cinsi və tələbatları, o cümlədən zəruri sığınacaq, təhsil və qayğıya olan ehtiyacları nəzərə alınır.

İnsan alverinin qurbanı olmuş uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalıdır. Onlara göstərilən xidmətlərin keyfiyyəti yardım mərkəzlərində işləyən əməkdaşların işə qəbulunda və işlədiyi dövrdə xüsusi hazırlığının olmasından və peşəkarlığının artırılması istiqamətində mütəmadi tədbirlərin görülməsindən asılıdır
İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyasının həyata keçirilməsi məqsədi ilə yardım mərkəzləri tərəfindən fərdi sosial reabilitasiya planı tərtib edilir. İnsan alverinin qurbanı olmuş uşaqlar sığınacaqdan çıxdıqdan sonra profilaktik və reabilitasiya tədbirlərinin davam etdirilməsi və onların təhlükəsizliyinin qorunması həmin uşaqların sağlam şəkildə cəmiyyətə reinteqrasiya olunması üçün vacibdir.
Bu Proqramın əsas məqsədləri insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası sahəsində mexanizmlərin təkmilləşdirilməsi, insan alverinin qurbanı olmuş uşaqların və potensial qurbanların hüquqlarının müdafiəsində effektivliyin artırılması üçün tədbirlərin gücləndirilməsi, bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və beynəlxalq təcrübənin öyrənilməsidir.

Bu Proqramın icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Tarix
2014.02.11 / 20:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ermənisi: Araik mənimçün heç kimdir - Video

Paşinyanın Ankaradakı "yeri": ermənilər əsəbiləşdi – Foto

Əliyevlə Paşinyanın bu görüntüləri gündəm oldu – Foto

Fəridə qurulan tələ: Qız hansı “viza”nı ala bilməyib?

Ərdoğan Ankarada Paşinyanla görüşdü - Foto

Hakan Fidan nazir olan kimi ilk ona zəng vurdu

Bayramov Hakan Fidanı təbrik etdi

Əliyevlə Paşinyan Ankarada görüşdü - Foto

Əliyev Ərdoğanın mərasimində imza atdı - Video

Ərdoğanın ziyafətində Azərbaycan xalq mahnısı - Video

KULT
<>
Xəbər xətti
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla