Yuxarı

Ərdoğanların gizli səs yazısının stenoqramı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanların gizli səs yazısının stenoqramı - Video

"Axar.az" dünən Türkiyənin Baş naziri R.T.Ərdoğanın biznesmen Lətif Topbaş, oğlununsa biznesmen Məhmət Çingizlə telefon danışığının səs yazısını yayımlamışdı.

İndi isə həmin danışığın stenoqramını təqdim edirik:

"Çingiz" Holdinqin İdarə Heyətinin sədri Məhmət Çingiz Bilal Ərdoğanla şifrəli danışır:

Bilal: - Keçən dəfə sizin yanınıza gəldiyim zaman Məkkədəki layihəni izah eləmişdim. Yadınızdadır? O layihənin toplantısını 15 noyabrda təşkil edə bilərikmi?

Çingiz: - Alınar, alınar.

Çingiz: - Ancaq Bilalcan bəyəfəndi ilə...

Bilal: - Bəli, abi.

Çingiz: - ... danış. O məni üzür. Sən canın mənə kapriz göstərməsin. Kapriz göstərir mənə.

Bilal: - Xeyirdirmi, abi? Nə kaprizi?

Çingiz: - Vallah, kapriz göstərir. Məni üzür. Üzür məni.

Bilal: - Bu son məsələnizdə hələ hamı işini bitirməyib.

Çingiz: - Orası elədir. O işi yığışdırmağa çalışıram. Mən indi Camal bəylə bir yerdəyəm. Bu işi şəxsən izləyirəm.

Bilal: - Tamam. Tamam.

"1-ci dərəcəli şəhər ərazisinə villa tikilməsinə izn verməyən keçmiş İzmir valisinin Diyarbəkirə sürgün yolunun görünməsi" başlığı ilə başlayan səs yazısında biznesmen Lətif Topbaşla R.T.Ərdoğanın da maraqlı dialoqu yer alıb:

Lətif: - Abi, yadımdan çıxdı demədim. Bu İzmir valisinə zəng elətdir. Adam bizim oraları bir az şey edir.

Ərdoğan: - Neyləyir?

Lətif: - Tıxmaq-mıxmaq filan. Belə şeylər edir...

Ərdoğan: - Püf...

Lətif: - Hə. Bəzi yerləri.

Ərdoğan: - Yəni evlərlə əlaqədarmı?

Lətif: - Hə. Evlərlə əlaqədar. Onsuz da biz məhkəməyə getdik. O ərazini birinci dərəcədən üçüncü dərəcəyə çevirmək üçün müraciət etdik. Bir tərəfdən də onsuz da orada birinci dərəcəli bir şey yoxdur. Yəni tarixi əsər-filan yoxdur. İnşallah, bir nəfərdən xəbər göndərərsiniz.

Ərdoğan: - Bu haradan çıxdı?

Lətif: - Vallah bilmirəm. Orada hər kəs nələrisə qarışdırır.

Video daha sonra "Ərdoğan Bayraqdarın (Keçmiş Ətraf Mühit və Şəhərsalma naziri – red.) dediyi kimi, "hər şey Tayyib Ərdoğanın təlimatı ilə icra edilir"":

Lətif: - Abi, bu Ətraf Mühit və Şəhərsalma naziri var e, Ərdoğan bəy.

Ərdoğan: - Aha.

Lətif: - Abi, ona bir şeyi çatdırsan, çox yaxşı olar. Orada Şəhərsalma Nazirliyinin şəhər müdiri var. Ona bizim ehtiyacımız var.

Ərdoğan: - Hmmm...

Lətif: - Bu Urla bələdiyyəsinin sədri onun yanına gedəcək. Bu məhkəmə üçün onlar nələrsə etməlidir. Ərdoğan bəyə bir söz desəniz çox yaxşı olar, abi. Alınarmı?

Ərdoğan: - Tamam. Tamam.

Lətif: - Danışdıq. O zaman Bazar ertəsi Urla bələdiyyə sədrini göndərəcəm.

Ərdoğan: - Oldu.

Lətif: - Hər halda, bu gün-sabah siz onu toplantılarda görərsiniz.

Ərdoğan: - İndi mən ona zəng edim. İnşallah, xaricdə-filan deyil.

Lətif: - Tamam, abi. Allah razı olsun. Xanıma da salam de. Uşaqlara - hamısına. Allah yolunuzu mübarək eləsin. Salam-əleyküm.

Tarix
2014.02.12 / 17:15
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

İlham Əliyev Tokayevi təbrik etdi

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla