Yuxarı

Azərbaycandan Avropa Birliyinə cavab - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa İttifaqının ali nümayəndəsi Ketrin Aşton və komissar Stefan Fülenin sözçülərinin Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasını, QHT-in və bu sahədə mövcud hüquqi bazanın daha da inkişafını nəzərdə tutan QHT-lər haqqında qanununa əlavə və dəyişiklərlə əlaqədar 12 fevral 2014-cü tarixli bəyanatı təəccüb və anlaşılmazlıq doğurur".

"Axar.az" xəbər verir ki, bu açıqlama ilə Xarici İşlər Nazirliyinin Mətbuat katibi Elman Abdulayev çıxış edib.

O, bu cür açıqlamalar verilərkən Avropa İttifaqının hansı "etibarlı" mənbələrə istinad etməsinin maraq doğurduğunu deyib:

"Avropa Şurasına üzvlüyə qəbul olunandan etibarən Azərbaycan Respublikası tərəfindən öz üzərinə götürülən öhdəliklər yerinə yetirilib, Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq çərçivəsində qanunvericiliyin hazırlanması və inkişafına baxılıb. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş QHT-lər haqqında qanuna son əlavə və dəyişikliklər QHT-lər, Azərbaycan Respublikasının Milli Məclisi və Ədliyyə Nazirliyi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəyə çıxarılmış və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən irəli sürülən təkliflər qəbul edilmiş əlavə və dəyişikliklərdə nəzərə alınıb. Ortaq rəy ondan ibarətdir ki, Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları haqqında Avropa Konvensiyası əsasında hazırlanmış son əlavə və dəyişikliklər yalnız vətəndaş cəmiyyətinin fəaliyyətində şəffaflığın artırılmasına və QHT-lərin inkişafına xidmət edəcəkdir".

E.Abdullayev Azərbaycanda QHT və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunların Avropa İttifaqı ölkələrindən heç də geri qalmadığını qeyd edib: "QHT-in və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi Avropa İttifaqı ölkələrinin bu sahədəki qanunvericiliyindən heç bir halda geri qalmır, əksinə, bir çox meyarlar üzrə bir sıra Avropa ölkələrinin qanunvericiliyindən daha demokratik xarakter daşıyır. Ümumiyyətlə, Azərbaycan Respublikası tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai həyatın bütün sahələrində və qanunvericilik fəaliyyətində yaxından və fəal iştirakının təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Mətbuat katibi açıqlamasında Avropa İttifaqının yaydığı məlumatın qərəzli olduğunu deyib.

"2013-cü ilin noyabr ayında Azərbaycan Respublikasının İctimai iştirak haqqında qanunu qəbul edilib. "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı barəsində nəzərdə tutulan hədəf və məqsədlər əsasında beşillik fəaliyyət planı hazırlanıb. Avropa Şurasının Azərbaycan üzrə 2014-2016-cı illəri əhatə edən fəaliyyət planında Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üzrə xüsusi fəsl də nəzərdə tutulub.

Azərbaycanda QHT-in və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülmüş tədbirləri və əldə edilmiş nailiyyətləri görmədən və dəyərləndirmədən Avropa İttifaqı tərəfindən verilmiş bu bəyanatda qərəzli yanaşma və siyasi təzyiq cəhdləri özünü göstərir".

Tarix
2014.02.13 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

Hacızadədən Coliyə: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır!

Türkiyədən Ermənistanla bağlı bəyanat: Rədd edirik!

Xankəndinin statusu artırılır - Azərbaycan üçün tarixi gün

İlham Əliyevin Çinə dövlət səfəri başa çatdı - Foto

Ölkəmizə hibrid hücumlar AB və Fransadan qaynaqlanır

Azərbaycanda “Çin dili” dövrü başlayır

Papanın dəfnində Azərbaycandan o iştirak edəcək

Şuşanın işğalı: Sənədlər məhkəməyə təqdim edildi

ATƏT-in baş katibi Azərbaycana gəlir

Pezeşkianın Bakı səfərinə qarşı İsrailin həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla