Yuxarı

Nazirlikdən Aydın Əliyevin gəlininin iddialarına cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən Aydın Əliyevin gəlininin iddialarına cavab

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Aydın Əliyevin keçmiş gəlini Rada Musayeva həyat yoldaşı olmuş Orxan Əliyevin ondan aliment tələb etdiyini iddia edib.

Ədliyyə Nazirliyindən Axar.az-a Bakı şəhəri Səbail Rayon Məhkəməsində bununla bağlı 26.07.2024-cü il tarixli qətnamə qəbul ediliyi bildirilib.

“Bakı şəhəri Səbail Rayon Məhkəməsinin mülki iş üzrə 26.07.2024-cü il tarixli qətnaməsinə əsasən Rada Musayevadan Əliyev Orxan Aydın oğlunun xeyrinə azyaşlı uşağın saxlanılması üçün 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək 3 illik müddət üçün cəmi 7.200 manat məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilib. Qətnamə ilə bağlı icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilib. Vərəqədə nəzərdə tutulan məbləğin ödənilməsi borclu Rada Çingiz qızı Musayevadan tələb edilib, lakin borc ödənilməyib. İcra vərəqəsində nəzərdə tutulan məbləğ borclu tərəfindən ödənilmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.08.2024-cü il tarixli qərarı ilə Rada Çingiz qızı Musayeva Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat miqdarında inzibati qaydada cərimə edilib”, - məlumatda qeyd olunub.

Tarix
2024.09.05 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan vətəndaşlarına Naxçıvanla bağlı çağırış

Bu ölkənin İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək

İranın Azərbaycandakı hücrələri: Xəbərdarlıq mesajları...

TDT baş katibindən Naxçıvana hücuma reaksiya

Avstriyalı nazir də Bayramova zəng etdi

Daha bir ölkədən Naxçıvana hücumla bağlı bəyanat

Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür

Azərbaycan ordunu hazırlıq vəziyətinə gətirdi - İrana mesaj

Naxçıvana hücum: Mirzoyan Bayramova zəng etdi

Bu ölkələrin Baş Qərargah rəisləri Vəliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla