Yuxarı

Bakı-İrəvan danışıqları: ABŞ bunu dəstəkləyir, Rusiya isə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları alqışlayan yazılı bəyanat yaymasının iki səbəbi var.

Axar.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda baş tutmuş telefon danışığını şərh edərkən deyib.

Politoloq qeyd edib ki, belə bir açıqlama yaymaqla Vaşinqton Moskva ilə aralarındakı fərqi qabartmağa çalışıb:

“Vaşinqton bununla göstərib ki, Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan birbaşa danışıqlarda əldə edilən razılaşmaları dəstəkləyir. İkincisi, Vaşinqton belə bir açıqlama yaymaqla Kremlin yanaşmasından fərqini göstərməyə çalışıb. Misal üçün Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmaları dəstəkləyən bəyanatı yoxdur. Kremlin yeganə mesajı budur ki, işin içində biz də olmalıyıq. Vaşinqtonun oxşar iddiası yoxdur”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda baş tutan telefon danışığından bir neçə gün ötəndən sonra Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlaması yayılıb.

Bildirilib ki, ABŞ Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır, xüsusilə sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları qeyd edir.

Miller vurğulayıb ki, Blinken Paşinyanla söhbətində Cənubi Qafqazda davamlı və layiqli sülhün bərqərar olmasının vacibliyini təsdiqləyib.

Tarix
2024.09.14 / 15:38
Müəllif
Vüsalə İsgəndərova
Şərhlər
Digər xəbərlər

Bakının bizə cavabı belə oldu: Dedilər, əgər belədirsə… - Nikol

Paşinyan Azərbaycandan qaz idxalından danışdı

Baş nazirdən əmək müqavilələri ilə bağlı qərar

Orduda islahatlar aparırıq, silah alırıq, ancaq müharibə... - Nikol

Tahir Mirkişilinin sayəsində Bakı xilas oldu

Qərb it kimi Azərbaycana dartınır - Markov

Hacıyevdən Minsk qrupu ilə bağlı açıqlama

COP29-da Ermənistanın iştirakı ilə bağlı yekun qərar... - Paşinyan

Ermənistana münasibətdə yeni plan hazırlanır

COP29: Ermənistan qərar verməlidir - Hacıyev

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla