Yuxarı

Bakının bizə cavabı belə oldu: Dedilər, əgər belədirsə… - Nikol

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz bütün mümkün yerlərdə yollarımızı açmağa hazırıq: onlar Ermənistan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına zərər vurmadan işləməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan kommunikasiyanın açılması haqda qeyd edib.

O bildirib ki, “Sülh kəsişməsi” layihəsinin məqsədi də Ermənistan ərazisindən keçən bütün mümkün yolları öz “yuristiksiyamız daxilində” açmaqdır:

“Azərbaycanın cavabı belədir ki, çox yaxşı, Ermənistan bunu istəmirsə, biz layihələri İran ərazisində həyata keçirəcəyik. Bir daha qeyd edirəm ki, Ermənistan hazırdır və İranla eyni şərtlərlə Azərbaycana keçidi təmin etmək istəyir. Üstəlik, biz prosedurların müəyyən sadələşdirilməsini istisna etmirik və bunu ikitərəflilik məntiqində dərk edirik”.

Qeyd edək ki, Ermənistan 10 noyabr 2020-ci il bəyanatında nəzərdə tutulan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz yol öhdəliyindən imtina etməyə çalışır.

Tarix
2024.09.18 / 14:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Xankəndidə məktəbin açılışında

İlham Əliyev Xankəndidə “Bulud” otelində...

Prezident Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu

Tiflis qadağan etdi, Bakıda isə LGBT reklamı ola bilər

"Dqr"i siz ləğv etdiniz, siz mif yaydınız... - Papoyan

Televizordan bizi izləyə, maşını idarə edə bilərlər: Necə qorunaq?

İrəvanın antiterror əməliyyatı açıqlamasına Bakıdan cavab!

Erməni kəşfiyyatçı gizli şəkildə Bakıya gəlib?

Separatçılar toplanır: Bakıya qarşı növbəti təxribat...

NK 6 günlük istirahət elan etdi: Niyə “şənbələr” çəkildi?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla