Yuxarı

Ata qızını zorla zirzəmidə saxlayıb - polis azad etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı şəhərində ailəsi tərəfindən zirzəmidə əsir saxlanılan gənc qadın polis əməkdaşları tərəfindən xilas edilib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, hadisə Şamaxı şəhər Atatürk küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

1976-cı il təvəllüdlü Vüqar Talıbov (soyad şərtidir) qızının Bakı şəhərində həyat yoldaşından boşanmaq istədiyini öyrənib. O, qızının sərbəst həyat tərzi sürməsindən, axşamlar işdən evə gələndən sonra müxtəlif ünvanlara getməsindən narahat olaraq paytaxta gəlib. Burada qızını aldadaraq Şamaxı şəhərinə aparan Vüqar onu evin zirzəmisinə salaraq qapını kilidləyib. 6 gün zirzəmidə qalan qızı isə polislər xilas edib.

Hadisə barədə ifadə verən zərərçəkmiş qız atasının onun sərbəst yaşamaq istəməsinə qarşı çıxdığını və anası ilə əlbir olaraq onu zirzəmiyə saldığını deyib: “2014-cü ildə ailəmin təkidi ilə A. Babayev adlı şəxslə ailə qurdum, iki oğlumuz oldu. Əvvəl Şamaxıda Allahverdinin valideynlərinə məxsus evdə yaşadıq, sonra Bakıda Nəsimi rayonu, 4-cü mikrorayonda yerləşən mənzildə yaşamışıq. Bir müddətdən sonra münasibətimiz pozuldu, boşanmaq qərarına gəldim. Atam Vüqar bunu bilib boşanmağıma mane olmağa çalışdı. Məni aldadaraq Bakıdan Şamaxıya gətirdi. Şamaxıdakı evə çatdıqda maşından düşən kimi atam qollarımdan tutub məni evin zirzəmisinə apardı. Zirzəmiyə daxil olduqda yerə köhnə palaz, üstünə döşək sərildiyini, yorğan və yastıq qoyulduğunu gördüm. Başa düşdüm ki, atam məni əsir kimi evin zirzəmisində saxlamaq niyyətindədir və bunun üçün əvvəlcədən hazırlıq görüb. Zirzəmidə gördüm ki, otağın qapı yerinə dəmir məhəccər vurulub, yəni məhəccərlə qapı düzəldilib, qapıya iki kilid vurulmuşdu”.

O zirzəmidə 6 gün əsir saxlanıldığını bildirib: “Bu müddət ərzində bir neçə dəfə atam yanıma gəlib məndən ərimdən boşanıb-boşanmayacağımı soruşdu, cavabımda boşanıb sərbəst yaşamaq istədiyimi dedikdə məni təhqir edib çıxıb gedirdi. Daha sonra anama yalvardım ki, oğlumla telefonla danışmaq istəyirəm. Bu zaman fürsətdən istifadə edib DİN-in 102 xidmətinə zəng edib, zorla zirzəmidə saxlanmağım barədə məlumat verdim. Bir neçə dəqiqə sonra polislər geri zəng etdilər və qapının bərkdən döyüldüyünü görüb onların gəldiyini anladım. Polislər zorla qapını açıb içəri girdilər, 3 nəfər polis məni anamın əlindən alıb xilas etdi və Şamaxı Rayon Polis Şöbəsinə gətirdi”.

Faktla bağlı Şamaxı RPŞ-də Cinayət Məcəlləsinin 145.1-ci, yəni qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə iş açılıb. Rayon məhkəməsinin 10 sentyabr tarixli hökmü ilə Vüqar Talıbov 1 il 6 ay islah işləri cəzasına məhkum edilib. Məhkəmədə qız atasından şikayətçi olmadığını bildirib.

Tarix
2024.09.19 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

Rubeni "azad etmək" istəyən Polmanın Bakıdakı "biznesi..."

Rusiya Nikolu bu cür təhqir etdi: ermənilər isterikada - Foto

Vəliyev NATO generalı ilə görüşdü: İrəvana silah satışı...

İlham Əliyevdən Hadrutla bağlı paylaşım - Video

İsrail İrana zərbə ilə rejimi bitirə bilər - SEPAH polkovniki

Üçtərəfli görüşdən Paşinyan imtina edib - Səbəb

Hadrutun işğaldan azad olunmasından 4 il ötür

Naxçıvan MSK-nın sədri vəfat etdi

Paşinyan Putinə şikayət etdi: Bəzi Rusiya rəsmiləri…

Əliyev-Putin-Paşinyan görüşü niyə baş tutmadı?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla