Yuxarı

Anar Qədiməliyevin qəbuluna düşə bilməyən qazi saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Qədiməliyevin qəbuluna düşə bilməyən qazi saxlanıldı

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin qəbuluna düşə bilməyən şəxs səs-küy saldığı üçün saxlanılıb.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Gəncə sakini S.Hacıyev övladının bağça məsələsini həll etmək üçün Anar Qədiməliyevin qəbuluna gedib.

Lakin idarə müdiri onu qəbul etmədiyi üçün ucadan danışmağa başlayıb. İdarə tərəfindən polisə müraciət edildiyi üçün S.Hacıyev saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib.

İşə məhkəmədə baxılıb. O, təhsil idarəsinə getdiyini, müdir Anar Qədiməliyevin qəbuluna düşmək istədiyini, lakin qəbula buraxılmadığını bildirib. S.Hacıyev əsəbiləşərək səs-küy saldığını, lakin heç bir nalayiq ifadə işlətmədiyini deyib. Həmçinin qazi olduğunu, himayəsində iki yaşlı uşağının olduğunu və işləmədiyini diqqətə çatdırıb.

Məhkəmənin qərarı ilə S.Hacıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 50 manat cərimə edilib.

Tarix
2024.09.19 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla